İspaniyanın Seuta şəhərində qanunsuz miqrantları qəbul etmək üçün dörd müvəqqəti mərkəz açılacaq
Seuta muxtar şəhərindəki miqrant böhranı fonunda İspaniya hakimiyyəti əlavə 1500 çarpayı təmin edəcək dörd humanitar yardım mərkəzi yaradır.
Bu barədə İspaniyanın İnteqrasiya, Sosial Təminat və Miqrasiya naziri Elma Saiz bildirib.
O bildirib ki, üç müvəqqəti qaçqın qəbul mərkəzi mərkəzi hökumət, bir isə muxtar icma hökuməti tərəfindən idarə olunacaq.
Mərkəzlər muxtar şəhər tərəfindən təmin edilən dayanacaqda (Loma Colmenar), eləcə də dövlət mülkiyyətində olan üç ərazidə - atçılıq mərkəzi, keçmiş süvari kazarmasının futbol meydançasının yeri və "Guano" ərazisində (quş peyni yığımı sahəsi) yerləşəcək.
Həmçinin bildirilib ki, İspaniya Baş naziri Pedro Sançes Seutadakı mövcud vəziyyətlə bağlı videokonfrans vasitəsilə koordinasiya iclası keçirib və bu iclasa kabinetindən bir neçə nazirin qatıldığı bildirilib. Bu, Sançesin 30 və 31 iyul tarixlərində Seuta şəhərinə 80.000 miqrantın gəlməsi nəticəsində yaranan miqrasiya böhranından bəri keçirdiyi ikinci onlayn görüşdür.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.