İsrail parlamenti özünü buraxmaq qərarına gəlib
İsrail parlamenti Knesset bu səhər keçirilən iclasında özünün buraxılması ilə bağlı səs verib.
Qərar ikinci və üçüncü oxunuşlarda təsdiqlənib.
Altmış iki üzv parlamentin buraxılmasının lehinə səs verib. Əleyhinə və bitərəf qalan olmayıb.
Səsvermədə iştirak edən İsrail Baş naziri Binyamin Netanyahu da Knessetin könüllü buraxılmasını dəstəkləyib.
Qərara əsasən, parlament öz işini dayandıracaq və 17 iyulda tətilə çıxacaq. Könüllü buraxılış səbəbindən erkən parlament seçkiləri 27 oktyabra təyin edilib.
Parlament tətili zamanı Knesset yalnız xüsusi prosedurlara uyğun olaraq fəaliyyətini davam etdirəcək. Lazım gələrsə, hökumətin və ya ən azı 25 üzvün tələbi ilə plenar iclas çağırıla bilər.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.