3x3 basketbolu üzrə qadın millimiz Dünya Çempionatında
Polşanın paytaxtı Varşavada qadınlar arasında 3x3 basketbolu üzrə keçirilən və Azərbaycan yığmasının da qatıldığı Dünya Çempionatı davam edir. Bu gün millimiz qrup mərhələsində daha iki oyun keçirib. Maraqlıdır ki, komandamız hər iki oyunda meydanı qələbə ilə tərk edib. Günün birinci yarısında Çexiyanı (14:11) məqlub edən basketbolçu xanımlarımız günün ikinci yarısında isə ev sahiblərini üstələyiblər - 20:13. Bu qələbə sayəsində qrup ikinciliyini özünə təmin edən millimiz adını 1/4 finalçılar sırasına yazdırıb. Azərbaycan komandası 1/4 mərhələdə "D" qrupunda üçüncü yeri tutan komandayla qarşılaşacaq.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.