Erkən Yaşdan Güclü Nəsil
Yeni dövrün inkişaf modeli “Açar Sənsən”
“Açar Sənsən” proqramı “Sən1Sən” Beyin Mərkəzinin təsisçisi Fəridə Quluzadə tərəfindən hazırlanıb. Bu proqram yalnız məktəbəqədər təhsil modeli deyil, Yeni Dövr Azərbaycanın insan kapitalının erkən yaşdan sistemli şəkildə qurulmasına yönəlmiş milli inkişaf platformasıdır.
Müasir dövrümüzdə dövlətlərin əsas gücü iqtisadiyyat və texnologiya ilə yox, düşünən, yaradan, emosional zəkası inkişaf etmiş, milli kimliyini qoruyub qlobal dünyaya inteqrasiya edən insanlarla ölçülür. Azərbaycanın qazandığı qələbə isə yeni nəsil üçün güclü psixoloji dayaq rolunu oynayır. “Açar Sənsən” proqramı məhz bu aspektdən çıxış edərək hazırlanmışdır. Proqramın əsas sualı, “Yeni dövr Azərbaycanının hansı insana ehtiyacı var?” Uşaqların qürur hissi ilə böyüməsi onların öz potensialına inamını artırır, şəxsiyyət kimi möhkəmlənməsinə və gələcəyə böyük iddia ilə baxmasına şərait yaradır.
Proqramın əsas üstünlüyü insan kapitalının formalaşması üçün ən həssas və təsirli dövr olan 4–6 yaşın hədəflənməsidir. Məhz bu yaşlarda uşağın xarakteri, emosional reaksiyaları, sosial davranışının təməli qoyulur. Məqsəd uşağın özünü tanıması, güclü tərəflərini kəşf etməsi, özünə inam qazanması və bu potensialı gələcək uğura çevirməsi üçün baza yaratmaqdır.
Model beynəlxalq elmi yanaşmalar əsasında qurulmuşdur. Buraya Erik Eriksonun psixososial inkişaf nəzəriyyəsi, CASELin sosial-emosional öyrənmə modeli, Howard Gardnerin çoxlu zəka nəzəriyyəsi, həmçinin Maria Montessori və Reggio Emilia yanaşmaları daxildir. Bu metodoloji baza uşağın yalnız akademik deyil, eyni zamanda emosional, sosial və estetik inkişafını təmin edir. Psixoloqların prosesə cəlb edilməsi proqramın əsas prinsiplərindəndir. Psixoloq Nərmin Şahverdiyevanın iştirakı hər bir uşağın fərdi xüsusiyyətlərinin nəzərə alınmasını və nəticələrin davamlılığını təmin edir.
“Açar Sənsən” modelinin əsas gücü hər bir uşağın daxili potensialını üzə çıxarmasıdır. Nəticədə uşaq təkcə güclü fərd deyil, həm də cəmiyyətin sağlam insan resursu kimi formalaşır.Öz güclü tərəflərini erkən yaşda kəşf edən insan gələcəkdə peşə seçimində daha dəqiq istiqamət götürür və bu da peşəkar kadr potensialının formalaşmasına birbaşa təsir göstərir.
Proqram struktur baxımından 6 əsas blokdan ibarət olub 6 aylıq tətbiq müddətini əhatə edir. O, metodik vəsaitlər, müəllim təlimatları, fəaliyyət kartları və qiymətləndirmə sistemi ilə birlikdə tam paket şəklində təqdim olunur. Bu proqram hazırda pilot mərhələni uğurla başa vurmuş və praktik tətbiqə keçmişdir. Hazırda Elm və Təhsil Nazirliyinin dəstəyi ilə qrant mükafatı qazanmış “Mauqli” uşaq bağçasında icra edilir. Proqramın məktəbəqədər müəssisələrin gündəlik fəaliyyətinə inteqrasiyası metodist Vüsalə Mustafayeva tərəfindən həyata keçirilib. Hal-hazırda əsas tərəfdaş “Mauqli” uşaq bağçası olsa da, gələcəkdə bölgələrdə tətbiq, ailə maarifləndirmə modullarının genişləndirilməsi və Qarabağda bu model əsasında yeni təhsil müəssisəsi, özəl bağça yaradılması nəzərdə tutulur.
“Açar Sənsən” proqramı Azərbaycanın gələcəyinə yönəlmiş strateji sərmayədir. Çünki gələcəyin ən böyük gücü texnologiyada yox, düzgün yetişdirilmiş insandadır. “Sən1Sən” Beyin Mərkəzi inanır ki, bu model yaxın gələcəkdə ASAN xidmət modeli öz uğurunu təstiqləyəcək və Azərbaycanın innovativ insan kapitalı modeli kimi beynəlxalq səviyyədə tanınacaq.
Ziyarət Cabarova-Qəhrəmanova
Sənətşünas,
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi,
Azərbaycan Rəssamlar İttifaqının “Gənc sənətşünaslar” bölməsi üzrə prezident təqaüdçüsü










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.