Ermənistan və ABŞ dinc nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşır
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Tomas DiNanno ilə görüşüb. Tərəflər nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə əməkdaşlıq müqaviləsi imzalamağa hazır olduqlarını vurğulayıblar.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlik bildirib ki, görüşdə müxtəlif sahələrdə Ermənistan-Amerika strateji tərəfdaşlığının dərinləşdirilməsi müzakirə olunub. "Ararat Mirzoyan və Tomas DiNanno Ermənistan və ABŞ hökumətləri arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə əməkdaşlıq müqaviləsi üzrə danışıqların başa çatmasını məmnuniyyətlə qeyd ediblər və müqaviləni müvafiq formatda imzalamağa və bu sahədə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını vurğulayıblar", - deyə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Tərəflər həmçinin regional infrastruktur layihələrini müzakirə ediblər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.