Ağıratletlərimiz Türkiyə toplanışında
Ağırlıqqaldırma üzrə kişilər və qadınlardan ibarət yığma komandalarımız Türkiyədə təlim-məşq toplanışına start verib. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə bu toplanışda əsas məqsəd fevral ayının 12-20-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı, eləcə də digər beynəlxalq yarışlara daha yaxşı hazırlaşmaq, idmançıların hazırlıq səviyyəsini yüksəltməkdir. Toplanış Türkiyənin müvafiq yığma komandaları ilə birlikdə təşkil olunur.
Kişilərdən ibarət yığmamız hazırlıq prosesini Maxtı Makkayevin rəhbərliyi altında Çorum şəhərində, qadın yığmamız isə Sərdar Həsənovun rəhbərliyi altında Ankara şəhərində keçirir. Qeyd edək ki, hər iki komandamız bütün lazımi şəraitlə təmin olunub və məşq prosesi plana uyğun aparılır.
Toplanışa yanvar ayının 25-nə yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.