UNESCO Alabay itlərinin yetişdirilməsini qeyri-maddi mədəni irs kimi tanıyıb
Türkmənistanın "Türkmən Alabayının Yetişdirilməsi Sənəti" nominasiyası UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
Bu barədə ölkənin dövlət televiziyası və radiosunun açıqlamasında bildirilib.
Bu qərar 11 dekabrda Yeni Dehlidə keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 20-ci sessiyasında yekdilliklə təsdiqlənib.
24 komitə üzvünün hamısı qərarı dəstəkləyərək, Türkmənistanın UNESCO üzrə Milli Komissiyası tərəfindən "Türkmən Alabayı" Beynəlxalq Assosiasiyası ilə əməkdaşlıqda dosyenin hazırlanmasını yüksək qiymətləndiriblər. Usta it yetişdiriciləri və onların ailələri, alimlər və cins həvəskarları nominasiyanın hazırlanmasında fəal iştirak edərək, qadınların ənənənin qorunmasında mühüm rolunu vurğulayıblar.








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.