Ərdoğan və Kavelaşvili qəza yerində xilasetmə əməliyyatlarının gedişatını müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən məlumat verilib.
Tərəflər Gürcüstanda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsinin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatlarının gedişatını müzakirə ediblər.
Kavelaşvili təyyarənin göyərtəsindəki hərbçilərin ölümü ilə bağlı Ərdoğana başsağlığı verib.
Türkiyə Prezidenti başsağlığına və dəstəyə görə minnətdarlığını bildirib.
11 noyabrda Azərbaycandan Türkiyəyə gedən C-130 təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Göyərtədə olan 20 hərbçinin hamısı həlak olub.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.