Tramp Rusiya-Ukrayna münaqişəsinin əsas sponsorlarının adını çəkib
Rusiya-Ukrayna münaqişəsinin əsas sponsorları Çin və Hindistandır.
Bunu ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı, sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
"Çin və Hindistan Rusiya neftini almaqla davam edən müharibənin əsas sponsorlarıdır", - Amerika lideri bildirib.
Eyni zamanda o qeyd edib ki, hətta bəzi NATO ölkələri Rusiyadan əhəmiyyətli miqdarda enerji resursları almağı dayandırmayıb.
"Amma qəbuledilməz olan odur ki, hətta NATO ölkələri belə Rusiyanın enerji resursları və enerji məhsullarını almağı dayandırmayıb, bildiyiniz kimi, mən bunu təxminən iki həftə əvvəl öyrəndim və bundan çox narazı idim. Fikir verin: onlar özlərinə qarşı müharibəni maliyyələşdirirlər. Kim belə bir şey eşitmişdi?" Tramp bunun “rüsvayçılıq” olduğunu vurğulayaraq əlavə edib.
ABŞ prezidenti Kreml münaqişənin dayandırılması ilə bağlı razılaşmaya razılıq verməsə, Rusiyanı yenidən “külli miqdarda gömrük rüsumları” tətbiq edəcəyi ilə hədələyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.