Milli Qəhrəmanın ailəsi ziyarət olunub - MASALLIDA
Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsində...
Masallı rayonunda şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqət mərkəzində saxlanılır. Onların qayğıları ilə mütəmadi olaraq maraqlanılır, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır.
Sentyabrın 17-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və digər vəzifəli şəxslər Sərçuvar kəndində yaşayan, Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun anası Şadəstə Məmmədovanı evində ziyarət ediblər.
«Azpresstimes.info»ya verilən məlumata görə ziyarət zamanı dövlətin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs olunub. Bildirilib ki, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulur, Azərbaycanın qazandığı tarixi zəfər məhz onların misilsiz qəhrəmanlığı və fədakarlığı sayəsində mümkün olub.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə dərin təşəkkürünü bildirib.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.