Almaniya və İngiltərə öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırır
Almaniya və Böyük Britaniya İrana səyahət xəbərdarlığını gücləndirərək, öz vətəndaşlarını ölkəyə səfər etməkdən çəkinməyə və orada olanları dərhal tərk etməyə çağırıb.
Bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, dünən Almaniya Xarici İşlər Nazirliyi öz bəyanatında Tehranla münasibətlərdə “Avropanın tətiyi çəkmək qərarı” fonunda bütün Almaniya vətəndaşlarına İranı dərhal tərk etməyi tövsiyə edib.
Almaniya vətəndaşlarına uçuşların ləğvi riskini nəzərə alaraq, mümkün qədər tez ölkəni tərk etmələri və fövqəladə hallar zamanı sürətli əlaqə üçün Xarici İşlər Nazirliyinin xüsusi siyahısında qeydiyyatdan keçmələri tövsiyə olunur.
Həmin gün Britaniya Xarici İşlər Nazirliyi də öz xəbərdarlığını yeniləyib və vətəndaşları İrana səfərdən çəkinməyə çağırıb. Departament vurğulayıb ki, Britaniya vətəndaşları və ya ikili Britaniya-İran vətəndaşlığı olan şəxslər İslam Respublikasında həbs olunmaq riski ilə üzləşə bilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.