Qazaxıstanda gəlin oğurluğuna görə cəza sərtləşdirilib
Qazaxıstanda Cinayət Məcəlləsinin adam oğurluğu maddəsinə edilən dəyişiklik sentyabrın 16-dan qüvvəyə minir. İndi “gəlin oğurluğu” və məcburi nikaha daxil olmağa görə cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və iki ilədək həbs cəzası təhdid edilir.
Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İdarədən qeyd edilib ki, bundan əvvəl oğurlanan şəxsi könüllü azad edən şəxs cinayət cəzasından yayına bilərdi. İndi cinayətkarların belə imkanı yoxdur. Təqsirkar tərəf qanun çərçivəsində cavab verəcək.
Cinayət ağır nəticələrə səbəb olduqda, təqsirləndirilən şəxs beş ildən on ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Zorakılıq tətbiq etməklə adam oğurluğu, uşaq və yeniyetmələri oğurlama, cinayət bir qrup şəxs tərəfindən və ya vəzifə səlahiyyətlərindən istifadə etməklə törədildikdə daha ağır cəza nəzərdə tutulur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.