Makron qalmaqalı davam edir: "Arvadın səni döyür? Özünü müdafiə etməyi öyrən!"
Fransada idman zalı mübahisəli və satirik reklamın yayılmasından sonra diqqət mərkəzində olub. Zalın divarına asılmış plakatda belə yazılıb: “Arvadın səni döyür? Özünü müdafiə etməyi öyrən!
Reklamı daha da maraqlı edən afişada Fransa prezidenti Emmanuel Makronun əli ilə üzünün bir tərəfini tutan məşhur kadrdan istifadə etməsidir.
Xatırladaq ki, Fransanın birinci xanımı Bricit Makron rəsmi səfəri zamanı gözlənilmədən ərinə, dövlət başçısına sillə vurmuşdu. Hadisə prezidentin təyyarəsində baş verib. Bricit Makron şillə vurulduqdan sonra təyyarədən çıxarkən Emmanuel Makronun ona uzatdığı kömək əlini nümayişkaranə şəkildə rədd edib. Bu anlar fotoqraflar tərəfindən lentə alınıb və sürətlə sosial şəbəkələrdə yayılaraq qızğın müzakirələrə səbəb olub.
Yelisey sarayı, Bricit Makron və Fransa prezidentinin özü hadisəni şərh edərək, bu davranışı “zarafat” adlandırıblar. Ancaq çoxları bunun ictimai biabırçılığa çevrildiyini düşünür.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.