Gürcüstan müxalifətinin liderlərindən biri həbs edilib
Gürcüstanda müxalifətin “Dəyişiklik Koalisiyası”nın liderlərindən biri Zurab Caparidze məhkəmə zalında həbs edilib.
Caparidze 20 min lari məbləğində girovu ödəmədiyinə və parlamentin istintaq komissiyasına gəlmədiyinə görə həbs edilib. Qərar prokurorun vəsatətini təmin edən Tbilisi şəhər məhkəməsinin hakimi İrakli Şvanqiradze tərəfindən qəbul edilib.
Caparidze parlament komissiyasının iclasına gəlməyib, bundan sonra o, sülh məhkəməsi qarşısında ifadə verməyə çağırılıb və ona rəsmi ittiham irəli sürülüb. Tbilisi Şəhər Məhkəməsi Caparidze barəsində 20 min lari məbləğində girov kimi həbs qətimkan tədbiri seçib. Gürcü müxalifətçiyə qarşı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi - “Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının tələbinə tabe olmama” ilə aparılır ki, bu da cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Məhkəmə iclası Caparidzeyə dəstək aksiyası fonunda baş tutub. Gürcüstanın Birinci Kanalı xəbər verir ki, Tbilisi şəhər məhkəməsi qarşısında keçirilən etiraz aksiyasında üç nəfər inzibati xətalara görə saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyi hələlik rəsmi açıqlama verməyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.