21 may 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Bəybala Mirzəyev: Ərdoğanın müşavirlərinin günahı...

Bəybala Mirzəyev: Ərdoğanın müşavirlərinin günahı...

Bəybala Mirzəyev: Putinin sonuncu ili...

Bəybala Mirzəyev: Putinin sonuncu ili...

Yeni Roma Papası Rusiya-Ukrayna danışıqlarına razılıq verib

Yeni Roma Papası Rusiya-Ukrayna danışıqlarına razılıq verib

Ukrayna nümayəndə heyəti bu tarixdə İstanbulu tərk edəcək

Ukrayna nümayəndə heyəti bu tarixdə İstanbulu tərk edəcək

Hüseyn Həsənova 21 milyon rubl iddia qaldırıldı

Hüseyn Həsənova 21 milyon rubl iddia qaldırıldı

Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasəti məhkəmədə ifşa olundu

Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasəti məhkəmədə ifşa olundu

İşxanyanın hərbi əməliyyatlarda iştirakını təsdiq edən videomaterial təqdim olunub

İşxanyanın hərbi əməliyyatlarda iştirakını təsdiq edən videomaterial təqdim olunub

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilib

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş musiqi axşamı keçirilib

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş musiqi axşamı keçirilib

Heydər Əliyevin 1996-cı ildə verdiyi müsahibə +VİDEO

Heydər Əliyevin 1996-cı ildə verdiyi müsahibə +VİDEO

Mir Şahin Ağayev: … ZAMANI MƏKANLA ÖLÇMƏK!

Mir Şahin Ağayev: … ZAMANI MƏKANLA ÖLÇMƏK!

Nihat Həsən: "Güclü sözlər bir icmanı birləşdirir və insanlara ümid verir"

Nihat Həsən: "Güclü sözlər bir icmanı birləşdirir və insanlara ümid verir"

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
Siyasət

Bəybala Mirzəyev: Ərdoğanın müşavirlərinin günahı...

14 saat əvvəl 44 01

Bəybala Mirzəyev:

Ərdoğanın müşavirlərinin günahı...

Türkiyə liderinin Çaldıran döyüşü ilə bağlı ehtiyatsız ifadəsi bir daha göstərdi ki, Tarix doğrudan da həddindən artıq təhlükəli silahdır. Odur ki, dövlət başçıları, siyasi liderlər tarixi məsələləri dərindən bilməli, lakin heç vaxt "tarixçi"lik azarına yoluxmamalıdırlar, bu və ya digər tarixi hadisə ilə bağlı birtərəfli və qızışdırıcı hökmlər verməməlidirlər.

Ümumiyyətlə, tarixi mövzularda danışmağı çox sevən gəlmiş-keçmiş dünya liderləri (Otto fon Bismark, Vudro Vilson, Lenin, Stalin, Hitler və s.) arasında yalnız ABŞ-ın 26-cı prezidenti olmuş Teodor Ruzvelt əsl peşəkar tarixçilər kimi doğru-düzgün fikirlər səsləndirməyi bacarıb və hətta tarixi mövzularda akademik səpkidə kitablar da yazıb.

Mən ötən yazılarımdan birində Putinin və onun komanda üzvlərinin də (xüsusən də Lavrovun) "tarixçi"lik azarı haqqında müşahidələrimi yazmışdım.

Təəssüf ki, bizim böyük dəyər verdiyimiz, gerçəkdən sayğı duyduğumuz qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğan da özünü bu azara yoluxmaqdan qoruya bilmədi.

Ərdoğanın "Çaldıran döyüşü türk, kürd və ərəblərin ortaq zəfəridir" sözləri tarixin cünglərində, arxivlərində saxlanılmalı olan bir məsələni yenidən "reanimasiya" etmək, "diriltmək" və bugünümüzün gündəminə daşımaq cəhdidir. Onun bu səhvi Azərbaycan və Türkiyənin birliyini, qardaşlığını hər vasitə ilə zədələmək məqsədi güdən İran və Rusiya üçün də, Qərbdəki türk düşmənləri üçün də yeni bir fürsət yaratdı.

Dəyərli ekspertlərimizdən birinin söylədiyi kimi, "Çaldıranda Sultan Səlim savaşı qazansa da, zəfər yoxdur. Çaldıranda Zəfərin oldugunu iddia etmək yaranan geopolitik qırılmanı daha da dərinləşdırmək, yanlışı tarixin önünə daşımaq, Azərbaycanın quzeyini rusun, güneyini fars şovinizminin zülmünə itələmək, məzhəbçiliyi körükləmək, TDT-ni baltalamaqdır".

Ona görə də Ərdoğan bu cür zərərli və təhlükəli bir fikiri dilə gətirməzdən öncə, heç olmasa, ən yaxın siyasi ortağı, MHP-nin başqanı Dövlət Bağçalı ilə gənəşməliydi. Çünki D.Bağçalı bu məsələdə Ərdoğandan daha sağlam düşünür.

Dövlət Bağçalı Türkiyədə Şah İsmayıla necə yanaşmağın belə bir modelini təklif etmişdi:

“Çaldıranda iki Türk dövlətini qarşı-qarşıya gətirən bölgəsəl hakimiyyət və ticarət yolları üzərində hakimlik mübarizəsi idi. 500 il əvvəl yaşananları bu günə daşıyaraq düşmənçilik çıxarmaq əsla doğru deyildir. Şah İsmayıl da bizim üçün ən azı Sultan Yavuz qədər sayğıdəyər, yeri dolmayacaq bir hünkarımızdır. 500 il əvvəl Çaldıranda tökülən qan, Türkün, Türkmanın qanıdır”.

(sitat bitdi)

D.Bağçalının bu sözlərindən sonra yenə də yazımın əvvəlindəki fikrimə qayıdıram: Bundan sonra tarixi mövzularda danışarkən, necə deyərlər yüz dəfə ölçüb, bir dəfə biçmək lazımdır. Çünki bu cür ehtiyatsız açıqlamalar Türk Dövlətləri Təşkilatının (TDT) möhkəmlənməsi istiqamətində son illərdə əldə edilmiş nəticələri, uğurları alt-üst edə bilər.

TDT gələcək böyük Türk Birliyinin bünövrəsi, təməli sayılır. Ona görə də bu cürə ehtiyatsız fikirlər səsləndirməklə gələcək birliyimizin bünövrəsinə gec partlayan (əslində isə tez partlayan) minalar qoymaq lazım deyil.

Bu baxımdan, Ərdoğanın müşavirləri, köməkçiləri, spiçrayterləri, o cümlədən baş müşaviri Oktay Saral bəy də bundan sonra Ərdoğanın çıxışlarının mətnini hazırlayarkən tarixi mövzulara xüsusi həssaslıqla, diqqətlə yanaşmalıdırlar. Onlar hər il Malazgirt Zəfəri, 30 Avqust Zəfəri, Çanaqqala savaşı günlərində eyni şablon mətni Ərdoğana verib yüksək kürsülərdən hər il eyni səhvin təkrarlanmasına yol verməməlidirlər. Bu, onların tərəfindən çox böyük suçdur, günahdır.

Mən bu son 5 gün ərzində Rəcəb Tayyib Ərdoğanın 2009-cu ildən 2024-cü ilə qədər olan dövrdə Zəfər çıxışlarının mətnlərini incələdim. Bəli, sən demə, qardaş ölkəmizin lideri son 16 il ərzində yuxarıda adlarını qeyd etdiyim tarixi Zəfər günlərində hər dəfə "Çaldıran zəfəri" ifadəsini işlədərək eyni yanlışlığı illər boyu təkrarlayıb.

Bu fikrimin doğruluğuna əmin olmağınız üçün həmin illərdə Türkiyə mətbuatında dərc olunmuş Ərdoğanın çıxışlarından bəzi nümunələri də təqdim edirəm.

Nümunə-1:

Rəcəb Tayyib Ərdoğan 2009-cu ilin 22 fevralında o zaman ona qarşı qatı müxalif mövqedə dayanan MHP başqanı Dövlət Bağçalıya xitabında bu sözləri söyləmişdi: "Bu ülkede Türk, Kürt, Laz, Çerkez, Gürcü ve Abhaz, Türkiye vatandaşlığı altında birdir, eşittir, bütündür. Kimse, etnik kimliğe dayanarak siyaset yapmasın... Tarihimize baktığımızda Mohaç’ı görüyoruz, Niğbolu’yu görüyoruz, Çaldıran’ı görüyoruz, Çanakkale Destanı’nı görüyoruz, Kurtuluş Savaşı’nı görüyoruz. Biz bu ruhla yaşadık, bu ruhta eğitildik ve geleceğin Türkiye’sini bu ruh üzerinde kurmaya çalışıyoruz" (Yenicaggazetesi.com.tr, 23 Şubat 2009)

Nümunə-2:

2024-cü il avqustun 30-da Ankarada, Cumhurbaşqanlığı Külliyəsində düzənlenen "30 Avqust Zəfər Bayramı" Özəl Konserti programında çıxışı zamanı Rəcəb Tayyib Ərdoğan avqust ayının tarixdə Türkün zəfərlər ayı olduğunu vurgulayaraq bu sözləri söyləmişdi: "Bu ay içerisinde hepsi tarihimizde birer kilometre taşı niteliğindeki Mercidabık Zaferi'ni, Otlukbeli Zaferi'ni, Çaldıran Zaferi'ni, Belgrad Zaferi'ni, Mohaç Zaferi'ni, Kıbrıs'ın fethini idrak ettik. Dört gün önce, milletimize Anadolu'nun kapısını açan Malazgirt Zaferi'nin 953'üncü sene-i devriyesini büyük bir gururla kutladık" (https://www.dha.com.tr, 30.08.2024)

Bütün bu eyni məzmunlu iqtibaslar, sitatlar onu göstərir ki, Ərdoğanın müşavirləri, mirzələri (speechwriter) özlərinə çox da əziyyət vermək istəmir, hər il eyni şablon mətnləri Ərdoğanın masasının üstünə qoyaraq, necə deyərlər, onu yola verirlər. Çünki o müşavirlərin heç özlərinin də əksəriyyətinin geniş və dərin tarix bilgisi yoxdur.

Ancaq burada bir maraqlı məqamı da qeyd etməliyik ki, az öncə qeyd etdiyim çıxışlarından fərqli olaraq Ərdoğanın 2025-ci il mayın 15-də AK Parti Təşkilat Akademiyası Liderlik Məktəbi Programında çıxışı zamanı səsləndirdiyi "Coğrafiya və tarix türk, kürd və ərəbi çözülməz, dağılmaz şəkildə bir-birinə sıx bağlayıb. Malazgirt, türk-kürd-ərəbin ortaq zəfəridir. Çaldıran, türk-kürd-ərəbin ortaq zəfəridir. Ridaniyə, Qüdsün fəthi, İstanbulun fəthi ortaq zəfərimizdir" ifadəsi həm Türkiyənin özündə, həm də Azərbaycanda böyük rezonans doğurdu, kəskin reaksiyalara səbəb oldu.

Çünki bu dəfə məsələnin kökündə, mayasında PKK məsələsi, ərəbçilik, yeni osmanlıçılıq (neoosmanizm) amilləri çox qabarıq şəkildə üzə çıxır, boy göstərir. Hal bu ki, indi zaman xəyali yeni osmanlıçılıq zamanı yox, real Türk birliyini qurmaq, gəlişdirmək zamanıdır.

P.S.

Müşahidələr isə onu göstərir ki, bu gün nə Türkiyə, nədəki Türküstanın (Mərkəzi Asiya) türk dövlətləri Türk dünyasının inteqrasiya, birlik, birləşdiricilik lokomotivi, aparıcı gücü olmağa hazır deyil. Bu mübarək yük, bu şərəfli missiya da məhz Azərbaycanın üzərinə düşür.

P.P.S.

Ərdoğanın müşavirləri isə İlham Əliyevin Şah İsmayıl Xətainin xatirəsinə sayğısını, ehtiramını əks etdirən bu fotoşəkli arada fürsət tapıb ona göstərsələr yaxşı olar.

Eldeniz Şamlı Abbaslı

Prof.Dr.Tufan Gündüz: "Türk tarixində şəxsiyyətlərə yer verib-verməmək nə mənim, nə də başqasının həddidir. Onlar tarixdə öz yerlərini tutublar".

Ali Musayev

Belə həssas zamanda, Bu cür kobud səhvləri təkrarlamaqı başa düşmək olmur? RTE İtalyan, İngilis, Fransız, Yunan, Ermənilərin Türliyəyə xaincəsinə hucumundan danışsaydı əla olardı..

Beybala Mirzeyev

Bəli, bu gün ortaq Türk tarixinin məhz bu məqamlarını (Türkiyə və Azərbaycanın zaman-zaman Rusiya, İtaliya, İngiltərə, Fransa tərəfindən savaş və işğal təhdidləri ilə,, eləcə də yunanlar, serblər və ermənilər tərəfindən xain hərəkətlərlə üzləşmələrini) daha çox qabartmaq, önə çəkmək lazımdır. Həmçinin, ərəblərin Birinci Dünya müharibəsində Türkiyəyə xəyanətini də vurğulamaq lazımdır. İranın fars-molla rejiminin isə Şah İsmayıl Xətai və Səfəvi irsini mənimsəmək, özününküləşdirmək və bundan Türkiyə və Azərbaycana qarşı istifadə etmək cəhdlərinin qarşısı isə mütləq alınmalıdır.

Senan Eynullayev

Efsuslar olsun ki Böyük Şah İsmailin bezen sevilmemesi onun gızılbaş,alevi ,şii meshebden olmasıyla vurgulanır. Olmamalı elbette. O bir Türk dehasıdır. 16 esr

de türk,gardaş ,yaxın kavramı olmayıb. Feth etmek , Seltenet,torpağ savaşlarıdır bunlar.Türkiyede çox insan var meshep ayrıcalığı yaradır, da avamlık,cahillikdir. Bu da türkçülüye,turana tehlikedir.

Beybala Mirzeyev

Senan Eynullayev, haqlısınız. Şah İsmayılı zorla "şiələşdirmək" cəhdləri əslində İranın fars-molla rejiminin maraqlarına xidmət edir. Bunu edənlər bəlkə də özləri də bilmədən (yadaki bilərəkdən, şüurlu şəkildə) molla rejiminin Şah İsmayıl Xətainin və Səfəvilərin fars şiəliyi ilə identikləşdirilməsi planlarının icrasına xidmət edirlər. Lakin əsl həqiqətdə isə Şah İsmayıl Xətai şiə deyildi, qızılbaş idi, sufi idi, ürfan əhli idi. Onun etiqad etdiyi İslam bugünkü Xomeyni-Xamenei rejiminin təbliğ və ixrac etdiyi fars-şiə İslamı yox, xalq İslamı idi. Mollalar bu yolla Şah İsmayıl Xətai irsini də öz məzhəbçi siyasətlərinin girovuna çevirmək istəyirlər.

Təəssüf ki, qardaş Türkiyədə də sünni məzhəbçiliyinə uymuş ərəb zehniyyətli bəzi qüvvələr din amilini millət amilindən, Türklük məsələsindən önə çıxarmağa çalışırlar. Ərdoğan ehtiyatsız çıxışları ilə o qüvvələrə fürsət verməməlidir.

Şiə-sünni qarşıdurmasını gündəmə daşıyanlar əslində Türkiyənin güclənməsini, Azərbaycanın güclənməsini əngəlləməyə, Azərbaycan-Türkiyə münasibətlərini zədələməyə çalışırlar. Əsas hədəfləri isə TDT-nın Böyük Turan birliyinə çevrilməsinin qarşısını almaqdır.

Senan Eynullayev

Beybala Mirzeyev elbette doğrudur Gızılbaş idi ,ama onu şii kimi gösterirler. Yoxdur bele bir şey. Bu barede men ilber Ortaylı hocayla da danışmışam. Tamamıyla doğrudur. Fars her zaman garışdırmış,Türkiyedeki yobaz imamların işine gelir. Hetta men Panu,Mete han ve Türk büyüklerinin birlikte heykellerini düşeltmiştim. Orda hetta Cengizhan, Emir Teymur var, Şah İsmail yoxdur

Nura Ahmedova

Niye onun bu tarixi sehifemizde haqqinda dediyini yanlis anlayirlar ki?beyem Sefevi ordusunun terkibi yalnizca turklerden ibaret idi?

Son illerdeki Azerbaycana desteyine baxarsaq Azerbaycani ve onun tarixini,tarixi sexsiyyetlerini alcaltmaq menasinda dediyini dusunmurem

Tarix ele bir seydir ki, orda udan ve uduzan teref olmaq olar ve bundan utanmaq lazim deyil. Menim nezerimde Çaldiran doyusu iki Turk dovletinin utancverici sehifesidir,bir birile doyusmek yerine,birlesmeli idiler amma teessuf ki,iki qoçun başi bir qazanda qaynamir)

Flora Mikayilova

Ēmir Teymurla Sultan Bêyazidin o biyda doyusu olmusdu Sultan ordusunda da yeniceriler ve serb ordusu ve s ferqli xalqlar vardi

Azerbaycan xanlari da daim bir - birile daim vurysurdu.Indi dònsek hemen dovre, gerek hec kim bir birinê salam vermêyë .

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Bəybala Mirzəyev: Ərdoğanın müşavirlərinin günahı...

Bəybala Mirzəyev: Ərdoğanın müşavirlərinin günahı...

John Doe 14 saat əvvəl

Bəybala Mirzəyev: Putinin sonuncu ili...

Bəybala Mirzəyev: Putinin sonuncu ili...

John Doe 1 gün əvvəl

Yeni Roma Papası Rusiya-Ukrayna danışıqlarına razılıq verib

Yeni Roma Papası Rusiya-Ukrayna danışıqlarına razılıq verib

John Doe 4 gün əvvəl

Ukrayna nümayəndə heyəti bu tarixdə İstanbulu tərk edəcək

Ukrayna nümayəndə heyəti bu tarixdə İstanbulu tərk edəcək

John Doe 4 gün əvvəl

İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir +FOTO=4

İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir +FOTO=4

John Doe 4 gün əvvəl

Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib

Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib

John Doe 4 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir +FOTO=4

İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-c...

16 may 2025 16:39:45
• Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib }

Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının aç...

16 may 2025 16:32:28
• İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub}

İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurasının Prezidenti...

16 may 2025 16:20:46
• ÖTƏN GÜNÜN XRONİKASI: İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub}

ÖTƏN GÜNÜN XRONİKASI: İlham Əliyev “InterFood Azerbaijan” və...

14 may 2025 14:07:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com