23 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

“Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi

“Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
Siyasət

Bəybala Mirzəyev: Səfərin qəfil təxirə salınmasının səbəbi nədir?

1 il əvvəl 181 01

Bəybala Mirzəyev:

Səfərin qəfil təxirə salınmasının səbəbi nədir?

Pezeşkianın və Ərdoğanın səfərləri arasında Benyamin Netanyahunun da Azərbaycana uzunmüddətli (5 günlük) səfər etmək planı nəinki Azərbaycan, Türkiyə və İranda, elə İsrailin özündə də həqiqətən də ciddi rezonans doğurmuşdu.

Yəhudi müxalifətçiləri və İsrail mediası ölkənin müharibə vəziyyətində olduğu və HƏMAS-ın girovların bir hissəsini hələ də buraxmadığı belə kritik bir dönəmdə Baş nazirin Bakıya 5 günlük səfər etmək istəyini sərt şəkildə qınayırdı.

Eləcə də dünya mediası və bir çox əcnəbi ekspertlər də Netanyahunun 5 gün ərzində Azərbaycanda nə işlə məşğul olacağını ciddi şəkildə çək-çevir edir, onun səfər proqramı barədə cürbəcür ehtimallar irəli sürürdülər. Bəzi ekspertlər isə hətta Netanyahunun Bakıda Ərdoğanla gizli danışıqlara hazırlaşdığını da iddia edirdilər.

Açığı, biz özümüz də İsrail baş nazirinin Bakıya səfəri zamanı Türkiyə prezidenti ilə görüşə biləcəyini ehtimal edirdik. Ancaq söhbət əcnəbi ekspertlərin iddia etdikləri kimi hansısa gizli görüşdən yox, açıq formatda keçiriləcək publik görüşdən gedirdi. Lakin deyir, sən saydığını say, gör əlahəzrət fələk nə sayır. Bütün nəzərlər Netanyahunun yaxın günlərdə Bakıya gerçəkləşəcək səfərinə dikildiyi bir məqamda sürpriz bir hadisə baş verdi, səfər birdən-birə təxirə salındı.

Səfərin qəfil təxirə salınmasının səbəbi nədir?

Axı bu səfər Netanyahu üçün həyati əhəmiyyətli səfərlərdən biri sayılırdı. Bəs, belə olan halda, o, nə üçün qərarını dəyişdi? Səfərin təxirə salınmasının nə kimi gizlinləri ola bilər?

İsrail Baş nazirinin ofisinin ötən gün bununla bağlı yaydığı məlumatda bildirilib ki, "Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi hadisələrin gərgin qrafiki və təhlükəsizlik tədbirləri səbəbindən Baş nazir Benyamin Netanyahu Azərbaycana səfərini başqa tarixə təxirə salmaq qərarına gəlib".

Bu açıqlama müəyyən dərəcədə həqiqəti əks etdirir. Əsas səbəblərdən biri doğrudan da məhz Suriyada baş verən son hadisələr və Türkiyə-İsrail münasibətlərinin yenidən gərginləşməsidir.

Bəs, Türkiyə-İsrail münasibətlərinin yenidən gərginləşməsinin əsas səbəbkarı (və ya günahkarı) kimdir?

Bu dəfə günahkar İsraildir. Druzların Suriyanın yeni keçid hökumətinə qarşı etirazlarının İsrail tərəfindən açıq şəkildə dəstəklənməsi və Netanyahunun Suriyaya hərbi güc yeritməsi artıq Türkiyənin səbr kasasını daşırmaqdadır. Suriyada sabitliyin bərqərar olması, terror dəstələrinin (o cümlədən kürdlərə aid PYD-YPG örgütlərinin) neytrallaşdırılması, mərkəzi hakimiyyətin güclənməsi Türkiyənin "qırmızı xətti"dir. İsrail isə bu xətti tapdamağa və Suriyanın zəiflədilərək federativ dövlətə çevrilməsinə, bu ölkənin özünümüdafiə qabiliyyətinin tamamilə sıfırlanmasına çalışır. Bu isə Ankara ilə Təl-Əvivi yenidən üz-üzə qoydu və nəticə etibarilə Bakı səfərinin təxirə salınmasına səbəb oldu.

Onu da nəzərə almalıyıq ki, Suriyada sabitliyin bərqərar olması və Əhməd əş-Şaraa hökumətinin güclənməsi Azərbaycanın da maraqlarına cavab verir. Azərbaycan Türkiyə ilə birlikdə yeni Suriyanın qurulması prosesində yaxından iştirak etməyi planlaşdırır. Bu isə öz növbəsində yaxın gələcəkdə bir sıra digər geosiyasi və geoiqtisadi hədəflərimizin gerçəkləşməsinə öz müsbət təsirini göstərə bilər. Bu baxımdan, İsrailin Suriyaya aktiv şəkildə müdaxiləsi həm Türkiyə, həm də Azərbaycanın maraqlarına toxunur. Odur ki, belə bir eskalasiya və psixoloji gərginlik fonunda Netanyahunun Bakıya səfəri mümkünsüz hala gəldi. Sözügedən səfər psixoloji diskomfortla müşayiət oluna bilərdi. Hal bu ki, rəsmi Bakı aylardır ki, Türkiyə ilə İsrailin münasibətlərinin normallaşdırılması üçün səy göstərir.

Görünən budur ki, Suriyada yaşanan son proseslər Bakının bu səylərinin bir qədər təxirə salınmasını labüd etdi. Müvəqqəti taym-aut götürmək zərurəti yarandı. Netanyahunun Azərbaycana səfəri də başqa tarixə təxirə salındı.

İsrail liderinin ölkəmizə səfərinin təxirə salınması yaxşı, ya pisdirmi, bunu zaman göstərəcək. Hazırda əsas məsələ budur ki, Türkiyə və İsraili Suriyada toqquşmaqdan necə yayındırmaq olar. Türkiyə və İsrail qırıcılarının Suriya səmasında üz-üzə gəlməsi proseslərin kritik nöqtəyə çatdığını göstərir. Mayın 2-də İsrailin Suriya ərazilərinə genişmiqyaslı hava zərbələri endirməsi Ankara ilə Təl-Əviv arasında onsuz da gərgin olan münasibətlərin daha da pisləşməsinə və regionda potensial hərbi qarşıdurma ehtimalının artmasına səbəb olub.

Lakin İsrail prosesləri bu cür məqsədli şəkildə gərginləşdirmək ssenarisindən əl çəkməli və Türkiyənin Suriyadakı əsas aktor rolunu qəbul etməlidir. Əlbəttə, İsrail İrana, Səudiyyə Ərəbistanına meydan oxuya bilər, lakin Türkiyə ilə kəllə-kəlləyə gəlmək isə heç də ağıllı addım deyil. İndi zaman toqquşmaq yox, münasibətləri normallaşdırmaq və qarşılıqlı faydalı əməkdaşlıqlar qurmaq zamanıdır. Köhnə stereotipləri qırmaq, yanaşmaları dəyişmək lazımdır. İsrail Türkiyəni qıcıqlandırmaq əvəzinə, Bakıya imkan verməlidir ki, vasitəçilik səylərini davam etdirsin.

P.S.

Netanyahunun səfərinin təxirə salınmasının başqa səbəbləri də var...

Sürəyya Allahverdiyeva

Kaş ki dünyada müharibə olmaya,qan tökülməyə,körpələr ölməyə,valideynsiz qalmaya...

Nargiz Nargiz

Sürəyya Allahverdiyeva onda dünya cənnətə dönərdi, bu isə Allahın məqsədinə uyğun olmazdı. Çünki Adəmi Yerə cəzalandırmaq üçün göndərmişdi.

Vidadi Mamedrzayev

İsrail ABŞ dan razılıq almasa,məncə,Suriyada belə açıq açığına Türkiyəyə qarşı ,,at oynada,,bilməz

Beybala Mirzeyev

Vidadi müəllim, hal-hazırda Netanyahu ilə Tramp arasında münasibətlərdə son günlərdə müəyyən soyuqluq yaranıb. İsrailin mayın 2-də Suriyaya aviazərbələr endirməsi ABŞ-ın razılığı ilə yox, Netanyahunun şəxsən özünün qərarı ilə olub

Nargiz Nargiz

Beybala Mirzeyev artıq ABŞ də (daha doğrusu Tramp) İsrailin əlindən girinc qalıb

Rufat Sahiboglu

İsrail baş naziri alnında minlərlə dinc uşaq, qadın qatili damğası olan birinin Azərbaycana səfəri, qardaş Türkiyənin maraqlarına qarşı olan birinin Bakıya gəlməsi bizim xeyrimize deyil. Yaxşı ki, gəlmədi. Bir "bibi"ye görə hamı ilə üz göz olmaq bizə lazım deyil.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

John Doe 9 saat əvvəl

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

John Doe 9 saat əvvəl

“Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi

“Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi

John Doe 9 saat əvvəl

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

John Doe 3 gün əvvəl

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

John Doe 4 gün əvvəl

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

John Doe 4 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Türkmənistan prezidentləri...

23 iyun 2026 00:46:44
• Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub}

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

23 iyun 2026 00:37:06
• “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi }

“Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasi...

23 iyun 2026 00:31:53
• İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib}

İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupu...

18 iyun 2026 15:57:58
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com