"Krokus"da törədilən terror aktı ilə bağlı iş iyunda məhkəməyə göndəriləcək
Moskva vilayətində Crocus City Hall konsert zalına basqın etməkdə təqsirləndirilən 4 nəfərin cinayət işinin iyunun ortalarında məhkəməyə göndərilməsi planlaşdırılır.
Baxış başa çatdıqdan sonra sənədlər prokurorluğa, daha sonra isə 2-ci Qərb Rayon Hərbi Məhkəməsinə veriləcək. Əldə olan məlumata görə, dörd müttəhimin işi üzrə dinləmələr bu ilin yayında başlaya bilər.
Faciədən sonrakı 11 ay ərzində müstəntiqlər 800 şahid də daxil olmaqla 1700-dən çox insanı dindiriblər. İş üzrə 20 nəfər həbs edilib: 16 iştirakçı və 4 birbaşa cinayətkar.
Təqsirləndirilən şəxslərin vəkilləri "Crocus City Hall"da terror aktı ilə bağlı işin faciənin ildönümünə qədər məhkəməyə veriləcəyini gözləyirlər. Müdafiəçilərdən biri bildirib ki, çox güman ki, işin materialları martın 20-dən sonra mahiyyəti üzrə baxılmaq üçün məhkəməyə veriləcək. Digər vəkil isə bu məlumatı təsdiqləyib və əlavə edib ki, işin martın 25-dək məhkəməyə gedəcəyini gözləyir.
2024-cü il martın 22-də axşam saatlarında odlu silahla silahlanmış dörd terrorçu "Crocus City Hall" binasına basqın edərək ziyarətçilərə atəş açıb və oranı yandırıblar. Terror aktı nəticəsində 145 nəfər həlak olub, 500-dən çox insan yaralanıb. Şübhəlilər Ukrayna ilə sərhəddən 100 km aralıda, Bryansk vilayətində saxlanılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.