Kiyevdə matəm elan edilib
Kiyevdə Rusiyanın kütləvi hücumu nəticəsində həlak olanların xatirəsini yad ediləcək. Aprelin 25-i matəm günü elan edilib.
Bu barədə Kiyev meri Vitali Kliçkonun Telegram-dakı mesajında deyilir.
Yerli hakimiyyət orqanları və Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti (SES) aprelin 24-nə keçən gecə Rusiyanın endirdiyi zərbə nəticəsində Kiyevdə 9 nəfərin həlak olduğunu bildirib. Qurbanların hamısı raketin vurulduğu Svyatoşinski rayonundadır. Oradakı yaşayış binası qismən dağılıb.
Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko dəqiqləşdirib ki, hazırda səkkiz nəfərin ölümü təsdiqlənib, doqquzuncu qurban aşkar edilmiş cəsəd parçalarıdır. Dağıntılar altında hələ də insanlar ola bilər.
Öz növbəsində Kiyev hərbi administrasiyasının nümayəndəsi Yevgeni İlyayev bildirib ki, son məlumatlara görə, 11 nəfər həlak olub, 75 nəfər yaralanıb.
Rusiyanın Xarkov, Jitomir, Sumi və Xmelnitski vilayətlərində də hücumu nəticəsində ölənlər var.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.