Arkadi Qukasyan: Azərbaycanlılar Xankəndini tərk etməyə məcbur olublar
Bu gün Bakı Hərbi Məhkəməsində davam edən prosesdə təqsirləndirilən şəxs Arkadi Qukasyan ötən prosesdə tədqiq edilən sənədlərlə bağlı dindirilib.
O, dövlət ittihamçılarının suallarını cavablandırarkən azərbaycanlı əhalinin Xankəndi şəhərini tərk etmək məcburiyyətində qaldığını etiraf edib.
Təqsirləndirilən şəxs dinc azərbaycanlılara qarşı çoxsaylı cinayətlərə görə məsuliyyət daşıyan erməni qruplaşmalarının rəhbərləri ilə əlaqələrini də açıqlayıb. A.Qukasyanın sözlərinə görə, o, 1992-ci ildə Robert Köçəryan, 1993-cü ildə Samvel Babayan, 2000-ci ildən sonra isə Murad Petrosyanla tanış olub.
Təqsirləndirilən şəxs Xəlfəliçay üzərindəki körpünün uçurulması ilə bağlı suala cavabında hadisəni yaxşı xatırladığını təsdiqləyib.
A.Qukasyan 1990-cı illərdə Ermənistandan Azərbaycan ərazisinə (Xankəndi və digər ərazilərə) gəlmiş silahlı şəxslərin olduğunu da etiraf edib, lakin onun silah təchizatı mənbələri barədə məlumatı olmadığını iddia edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.