Saakyan: Qarabağ ərazisindən artilleriya atəşi həyata keçirilməyib
Azərbaycanın işğal olunmuş ərazilərində “İskəndər M” və ya “Toçka U” silahı olmayıb.
Bunu təqsirləndirilən şəxs Bako Saakyan Bakı Hərbi Məhkəməsində keçirilən növbəti məhkəmə iclasında prokurorların suallarını cavablandırarkən deyib.
“Bu silahlar Qarabağ ərazisində olmayıb. Əminliklə deyə bilərəm ki, mənim “prezident” olduğum dövrdə (2007-2020) bu silahlar Qarabağa gətirilməyib”, - Saakyan bildirib.
O qeyd edib ki, “müdafiə strukturları”nın rəhbərləri ona hesabat vermək məcburiyyətində olmasalar da, “bu silahların əhəmiyyətini nəzərə alaraq, əgər onlar verilmiş olsaydı, “ordu komandiri” bu barədə məlumat verməli idi”.
Azərbaycanda mülki obyektlərin yuxarıda qeyd olunan silahlardan atəşə tutulması və bunun kimin göstərişi ilə həyata keçirildiyi ilə bağlı Saakyan bildirib: “Deyə bilərəm ki, bu artilleriya atəşi Qarabağ ərazisindən həyata keçirilməyib”.
Qeyd edək ki, sülh və bəşəriyyət əleyhinə cinayətlər, hərbi cinayətlər, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarının və qaydalarının pozulması, habelə terrorizm, terrorizmin maliyyələşdirilməsi, hakimiyyəti zorakılıqla ələ keçirmə və saxlama və bir çox başqa cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.