Arayik Gəncənin bombalanması ilə bağlı məlumatı Ermənistan ordusunun Baş Qərargah rəisindən alıb
Martın 14-də Bakı Hərbi Məhkəməsində davam edən prosesdə təqsirləndirilən Arayik Harutyunyan Gəncə şəhərinin mülki infrastrukturuna və mülki əhaliyə raket hücumu ilə bağlı dövlət ittihamını dəstəkləyən prokurorların suallarını cavablandırıb.
Harutyunyan bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyandan məlumat aldığını bildirib.
“Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan idi. Baş Qərargah rəisi ilə söhbətim oldu. Birinci mərhələdə o, mənə Gəncədə yerləşən hava limanına hücumla bağlı məlumat verdi. Və bundan sonra onunla heç bir əlaqəm olmadı" deyib.
Qeyd edək ki, sülh və bəşəriyyət əleyhinə cinayətlər, hərbi cinayətlər, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarının və qaydalarının pozulması, habelə terrorizm, terrorizmin maliyyələşdirilməsi, hakimiyyəti zorakılıqla ələ keçirmə və saxlama və bir çox başqa cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.