18 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

Cavadxan Qasımov: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN POTENSİAL VƏ PERSPEKTİVLƏRİ: GERİDƏ QALAN TƏQVİM İLİNDƏN YENİ TƏDRİS İLİNƏ DOĞRU UĞURLARLA

4 ay əvvəl 108 01

Cavadxan Qasımov:

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN POTENSİAL VƏ PERSPEKTİVLƏRİ:

GERİDƏ QALAN TƏQVİM İLİNDƏN YENİ TƏDRİS İLİNƏ DOĞRU UĞURLARLA

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti
İqtisad üzrə fəlsəfə doktoru

Yaradılışının və fəaliyyətinin 58-ci ilini yaşayan Naxçıvan Dövlət Universiteti, müasir, çağdaş və yenilikçi idarəetmə eyni zamanda, tədris mexanizmləri ilə daha mütərəqqi inkişaf mərhələlərini yaşamaqdadır. Müasir müstəqillik tariximizin, sosial etibarlılıq mərhələlərinin və uzunmüddətli perspektivlilik göstəricilərinin olduqca mühüm istiqamətlərini özündə əks etdirən universitetimiz, dayanıqlı tədris imkanları ilə daha mütərəqqi ixtisaslaşmaya malik olan potensialla çıxış etməkdədir. 108 hektarlıq sahəsi, 10 fakültəsi və 45 kafedrası ilə Azərbaycan Respublikasının milli təhsil strategiyasına öz töhvələrini vermiş olan Naxçıvan Dövlət Univesiteti, etibarlı tədris infrastrukturuna malik olmaqda və ondan daha səmərəli istifadə etməkdədir.
Çoxistiqamətli və alternativ tədris perspektivlərinin, dayanıqlı və səmərəli araşdırma mühitinin, həmçinin, güclü baza üzərində müəyyən olunan uzunmüddətli hədəflərin əlçatan olması, Naxçıvan Dövlət Universitetinin daha mütərəqqi idarəetmənin mövcud olmasını göstərməkdədir. Ardıcıl islahatlar vasitəsilə yüksək təşkilatlanmanın təmin olunması, bununla da, elmlə tədrisin vəhdətinin təmin olunaraq, fundamental elmi araşdırmaların təmin olunması, nəticə etibarı ilə isə, təcrübə və istehsalatyönümlü elm və tədris potensialının yaradılmasını təmin etməkdədir. Təbii olaraq, bunlar, ali məktəbin tədqiqat universitetinə çevrilməsi sahəsindəki proseslərin hərəkətverici qüvvəsini təşkil etməkdədir. Artıq Naxçıvan Dövlət Universiteti, bütün bu potensialla, həm də, tədqiqat universitetinə çevrilmə sahəsində fəaliyyətlərin icrasını həyata keçirməkdədir ki, bu da, öz-özlüyündə, bir sıra tədbirlərin həyata keçirilməsini şərtləndirməkdədir. Həmin tədbirlər, bir-birinin davamını, məntiqi əsaslarını və elmi-pedaqoji mahiyyətini ifadə etməklə, dürüst hədəflərin əlçatan olmasına təminat vermiş olacaq:
- Keyfiyyətli tədqiqat parametrlərini müəyyənləşdirən təlimatlar hazırlamaq, təşviqat mexanizmlərini təkmilləşdirmək və təlimlər təşkil etmək;
- Elmi fəaliyyətin təşkili və idarə olunmasını mərkəzləşdirmək və səmərəliliyin artırılması məqsədilə strukturlararası əlaqələri təkmilləşdirmək;
- Tədqiqatdan yaranan biliyin, nəticənin qeydiyyatı və idarə olunması haqqında təlimat hazırlamaq, bütün strukturların bu təlimatlarla tanış olmasını təmin etmək;
- Tədqiqat nəticələrinin kommersiyalaşdırılması üçün dəstək mexanizmlərinin hazırlamaq;
- Universitetin kitabxana potensialını təkmilləşdirmək, elektronlaşdırılmasını və beynəlxalq kitabxana şəbəkələrinə çıxışları təmin etmək.
Naxçıvan Dövlət Universiteti, yeni sosial idarəetmə mərhələsində tələbəyönümlü tədris imkanlarından səmərəli qaydada olmaqla, istifadə etməkdədir. Ərazisində inşa olunan Texnoparkla, elmlə tədrisin, həmçinin nəzəriyyə ilə təcrübənin daha təkmil nəticələrini ortaya qoyacaq fəaliyyət, mexanizm və potensial mümkün olacaq. Texnopark, eyni zamanda, Naxçıvan Dövlət Universitetinin mövcud resurslardan səmərəli istifadə olunmaqla, qarşıdakı mərhələlərin düzgün və məqsədyönlü müəyyən olunmasını təmin etmiş olacaq. Eyni zamanda, Texnopark, sosial sfera ilə yanaşı, həm də, iqtisadi sahənin də dayanıqlılığının möhkəmlənməsinə təkan olacaq ki, bu da, Naxçıvan Muxtar Respublikasının və onun bağlı olduğu Azərbaycan Respublikasının makroiqtisadi inkişafına öz töhfələrini vermiş olacaq.
Belə ki, Texnoparkın qurulması ölkənin həm də regional iqtisadi inkişaf siyasətinə və sosiallaşma proseslərinə öz töhfələrini verəcək. Burada xüsusilə, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluq təminatı sahəsindəki uğurların əhatəsinin genişlənməsinə, nəticə etibarı ilə mövcud potensialın şaxələndirilməklə, daha da artırılmasına zəmin yaradacaq sahələrin fəaliyyəti üçün münbit şərait olacaq. Belə ki, yeni qurumda, energetika, gülkarlıq, tingçilik, kənd təsərrüfatı və aqronomluq, coğrafiya, üzümçülük, meliorasiya, arıçılıq sahələri, tədris otaqları və sərgi biopark, texnopark binaları, eləcə də Nəbatət bağı fəaliyyət göstərəcək ki, bu da, universitetin davamlı inkişafı üçün yeni imkanlar deməkdir. Bu isə təbii olaraq, səmərəli təsərrüfatçılıq imkanlarının olduqca mühüm tərəflərini ifadə etməkdədir. Bütün bunlarla, Naxçıvan Dövlət Universiteti, malik olduğu resurslarla:
- zəruri infrastruktur təsisatlarının yaradılması sahəsində mühüm mərhələni qət etməsi;
- məhsuldar ideya və təşəbbüslərin ortaya qoyulması;
- konsaltinq xidmətlərin göstərilməsi sahəsində əlçatanlıq;
- biznes inqubatorlarının fəaliyyətinin təmin olunması;
- xarici rezident nümayəndələrinin təmsilçiliklərinin dəstəklənməsi;
- yeni prioritetlər sahəsində fəaliyyət sferası üçün ofislərin yaradılması;
- tələbəyönümlü tədrisin təşəkkülü və inkişafı;
- beləliklə də, modern elm və tədris modelinin qərarlaşması sahəsində dayanıqlılıq yarada bilmişdir.
Artıq ali məktəbimizdə, hazırda 566 nəfər professor-müəllim heyəti çalışır ki, bunlardan 1 nəfəri Akademik, 5 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 31 nəfəri elmlər doktoru, 24 nəfər professor, 181 nəfəri fəlsəfə doktorudur ki, onlardan 162 nəfəri dosentdir. Ali məktəbdə həmçinin, 139 nəfər baş müəllim və müəllimdir. Bu potensialla, ali məktəbin elmi və pedaqoji potensialı daha da təkmilləşməkdədir.
Naxçıvan Dövlət Universitetinin istər bakalavr, istərsə də, magistratura təhsil səviyyələri üzrə həyata keçirilmiş olan tədris proseslərində müasir dövrün çağırışları, tələbləri və reallıqları nəzərə alınmış və davam edən islahatlar müstəvisində ixtisaslaşma prosesləri son dərəcə uğurlu təmin olunmuşdur. Belə ki, bildirmək olar ki, Naxçıvan Dövlət Universitetində 76 ixtisas üzrə bakalavr, 75 ixtisaslaşma üzrə magistr hazırlığı həyata keçirilir ki, bunların da hər birində beynəlxalq tədris proseslərinin çağırışları aktuallıq kəsb etməkdədir.
Təbii olaraq, Naxçıvan Dövlət Universitetinin dayanıqlı elm və tədris sahələri üzrə prosesləri bütün tərəflərinə görə, uğurludur, perspektivlidir və mütərəqqi dövlət siyasətinə etibar etməkdədir. Bu isə, özünü çoxistiqamətli elmi araşdırma və tədqiqatlara meyilli olan tələbələrin, magistrlərin və doktorantların timsalında daha aydın olaraq görmək olar.
Naxçıvan Dövlət Universitetində, bütün bu potensialla tədris prosesləri ilə yanaşı, elmi fəaliyyətin də hərəkətverici qüvvəsi olan proseslər düzgün istiqamətləndirilmiş və bunun da nəticəsində, bu sahə üzrə mütəxəssis hazırlığının çoxistiqamətliliyinə təminat yaranmışdır. Diqqət etdikdə aydın olur ki, indiki vəziyyətə görə, ali məktəbdə fəlsəfə doktoru proqramları üzrə 34 ixtisas üzrə 63 doktorant, elmlər doktoru proqramları üzrə 6 ixtisas üzrə 9 doktorant, fəlsəfə doktoru proqramları üzrə 11 ixtisas üzrə 21 dissertant, elmlər doktoru proqramları üzrə dissertanturada 15 ixtisas üzrə 22 dissertant təhsil almaqdadır.
Naxçıvan Dövlət Universitetinin beyəlxalq tədris proseslərinə inteqrasiya etməsi, dünya ali təhsil müəssisələri ailəsinin qürurverici üzvü olması və bundan yalnız və yalnız tələbələrinin işıqlı gələcəyinin təmin olunması məqsədilə yararlanması davamlı xarakterə malik olmaqdadır. Qeyd etmək olar ki, universitetimiz, artıq bunu gerçək fəaliyyəti ilə sübut etmişdir. Belə ki, Kembric Universitetinin lisenziyası əsasında NDU Beynəlxalq Kembric Məktəbinin fəaliyyətə başlaması bunun əyani təsdiqi olmaqdadır. Eyni zamanda, dünyanın texnologiya lideri olan IBM-lə NDU arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, universitetdə IBM Mərkəzi istifadəyə verilməsi isə artıq bütövlükdə, dünya miqyasında Naxçıvan Dövlət Universitetinə olan etibarın, ümidlərin və güvənin olduqca zəruri ifadəsinə çevrilməkdədir.
Bundan əlavə, yeni ixtisaslar – “İnformasiya təhlükəsizliyi” (tədrisi ingilis dilində), “Tibb”  (tədrisi ingilis dilində), “Tibb bacısı işi”, magistratura səviyyəsində  “Nanoelektronika”, MBA (Səhiyyənin idarə edilməsi) üzrə tələbə qəbulu aparılıb, “Tibb” ixtisası üzrə SABAH qrupları fəaliyyətə başlayıb.
Bütün bunlarla yanaşı, universitetdə hörmətli rektorun uğurlu rəhbərliyi əsasında pedaqoji heyətin fəaliyyətinin stimullaşdırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Belə ki, universitet rektorunun müvafiq əmrinə əsasən, əməkdaşların aylıq vəzifə maaşları orta hesabla 15 faiz artırılmışdır. Bununla yanaşı, dekan və dekan müavinlərində-aylıq vəzifə maaşına 30%-ə qədər əlavə, kafedra müdirlərində akademik qiymətləndirmə və keyfiyyət meyarları əsasında qiymətləndirilməsinə və dərs yükünə görə-aylıq vəzifə maaşına 20%-ə qədər əlavələr nəzərdə tutulmuşdur. Həmçinin, tibb fakültəsinin professor-müəllim heyətinə aylıq vəzifə maaşına 40%-ə qədər əlavə olunması, tədrisi ingilis dilində olan ixtisaslarda tədrislə məşğul olan professor-müəllim heyətinə aylıq vəzifə maaşına 90%-ə qədər əlavələr olunması barəsində Əmr imzalanmışdır. Təbii olaraq, bu isə, dövlətimizin gündəlik qayğı və diqqətinin kollektivimizə dolğun olaraq çatdırılmasıdır.
Beləliklə, Naxçıvan Dövlət Universiteti, 2024-cü ili də, qarşıya qoymuş olduğu bütün hədəflərinə uğurla nail olmaqla, 2025-ci ilə yüksək potensialla geçid etmişdir. Təbii olaraq, bu isə, uzunmüddətli perspektivlər üçün mütərəqqi baza yaratmaqdadır. Bu baza, dayanıqlı sosiallaşma, etibarlı milli iqtisadiyyat və güvənilir ixtisaslaşma proseslərinin təməl prinsiplərini özündə əks etdirməkdədir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

John Doe 1 gün əvvəl

Şabran rayon Uşaq Kitabxanasında kitab təqdimatı olub

Şabran rayon Uşaq Kitabxanasında kitab təqdimatı olub

John Doe 1 həftə əvvəl

Ruslar IELTS İngilis dili imtahanından keçdikləri üçün həbs olunacaqlar

Ruslar IELTS İngilis dili imtahanından keçdikləri üçün həbs olunacaqlar

John Doe 1 həftə əvvəl

Tanınmış yazıçının əl işlərinin sərgisi açıldı

Tanınmış yazıçının əl işlərinin sərgisi açıldı

John Doe 2 həftə əvvəl

Gənc Tamaşaçılar Teatrında İncəsənət festivalı keçirildi

Gənc Tamaşaçılar Teatrında İncəsənət festivalı keçirildi

John Doe 2 həftə əvvəl

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com