Boksçu çempion olduqdan bir həftə sonra vəfat edib
Puerto-Rikolu boksçu Pol Bamba 36 yaşında vəfat edib.
Bu barədə idmançının ailəsi və meneceri, müğənni Ne-Yonun yaydığı birgə bəyanatda deyilir.
“İşığı və sevgisi saysız-hesabsız həyatlara toxunan sevimli oğlu, qardaşı, dostu və boks çempionu Pol Bambanın vəfatını dərin hüznlə bildiririk. O, cəsarətli və inamlı döyüşçü idi. Amma hər şeydən əvvəl o, heyrətamiz insan idi”, - deyə məlumatda bildirilir.
İdmançının ölüm səbəbi açıqlanmayıb.
2024-cü ildə Bamba 14 döyüş keçirib. Son döyüşündə o, dekabrın 21-də meksikalı Rogelio Medina Luna üzərində qələbə qazanaraq Dünya Boks Assosiasiyasının (WBA) qızıl kreyser çəki dərəcəsini qazanıb.
Ümumilikdə, Bamba karyerası ərzində peşəkar rinqdə 22 döyüş keçirib, 19 qələbə qazanıb və üç məğlubiyyət alıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.