Suriyada əczaçılıq anbarında çoxlu sayda meyit tapılıb
Suriyanın paytaxtı Dəməşqin Seyyidə Zeynəb məhəlləsindəki əczaçılıq anbarında çoxlu sayda cəsədin qalıqları tapılıb.
Baas rejimi devrildikdən sonra Suriyada kütləvi məzarlıqlar aşkar edilməyə davam edir.
Dəməşqin Seyyidə Zeynəb bölgəsindəki anbarda aralarında uşaqların da olduğu 20-dən çox cəsədin qalıqları tapılıb.
Hadisə yerinə mülki müdafiə bölmələri gəlib və araşdırmalara başlanılıb.
Mülki Müdafiə Şurasının üzvü Əmmar Selmo Anadolu Agentliyinə (AA) bildirib ki, Seyidə Zeynəb rayonunda dərman anbarında cəsədlərin tapılması ilə bağlı araşdırma başlayıb.
“Biz gördük ki, anbar çürümüş meyitlərin və skeletlərin tapıldığı əraziyə çevrilib. Komandalarımız gördüyümüz hər şeyi sənədləşdirməyə çalışır. Skeletləri toplamağa və qurbanların sayını müəyyən etməyə çalışırıq”.
O, daha sonra DNT testlərinin aparılacağını bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.