Bakıda II Təhlükəsiz İdman Forumu keçirilir
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında II Təhlükəsiz İdman Forumu keçirilib.
Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini Mariana Vasileva, respublikanın olimpiya mükafatçıları və yerli idman federasiyalarının nümayəndələri iştirak ediblər.
Azərbaycanda təşkil olunan 1-ci Təhlükəsiz İdman Forumu haqqında videoçarx nümayiş olunub.
Sonra Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Təhlükəsiz İdman Departamentinin rəhbəri Kirsti Berrouzun tədbir iştirakçılarına videomüraciəti olub.
O, çıxışında qeyd edib ki, MOK belə mötəbər tədbirin təşkilində xüsusi fəallıq göstərir.
“Azərbaycan təhlükəsiz idman sahəsində liderdir və təkcə 2024-cü ilin oktyabrında ölkədə bu mövzuda bir neçə xüsusi tədbir keçirilib. BOK bütün üzv ölkələrdə olduğu kimi respublikada da təhlükəsiz idman mühitinin yaradılmasında maraqlıdır”, - deyə K. Berrouz vurğulayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.