Haber Qlobal: Bakıda keçirilən iqlim konfransından gözləntilər daha yüksəkdir
Bakıda keçiriləcək COP29 iqlim konfransından gözləntilər əvvəlkilərə nisbətən daha yüksəkdir.
Bu barədə Türkiyənin "Haber Global" telekanalının konfransa həsr olunmuş reportajında deyilir.
Materialda bildirilir ki, konfransın əsas diqqət mərkəzində iqlim dəyişikliyi ilə mübarizənin maliyyə mexanizmləri olub və üç əsas mövzu vurğulanıb: biomüxtəliflik, quraqlıq və maliyyə dayanıqlığı.
Həmçinin qeyd edilir ki, müzakirə olunan məsələlər arasında dəyişən iqlim şəraitində qida sistemlərinin, su təchizatının və kənd təsərrüfatının dayanıqlığını artırmaq strategiyaları var.
“İqlim dəyişikliyinə uyğunlaşma məsələsi də gündəmdədir. Belə uyğunlaşmanın bir növü iqlim təhsilidir. Bundan əlavə, enerji sektorunda konfransların keçirilməsi nəzərdə tutulur. Bu gün ümumilikdə 10-a yaxın simpoziumun keçirilməsi planlaşdırılır. Yəni, konfranslar təkcə ikitərəfli görüşlərlə məhdudlaşmır”, - deyə hesabatda bildirilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.