09 avqust 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Hakan Fidan və Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparıblar

Hakan Fidan və Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparıblar

“Korrupsiya - cəmiyyətin görünməyən düşməni” – Masallıda tədbir

“Korrupsiya - cəmiyyətin görünməyən düşməni” – Masallıda tədbir

ABŞ YUNESKO-dan çıxdığını elan etdi

ABŞ YUNESKO-dan çıxdığını elan etdi

Ərdoğan Azərbaycan xalqına və dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib

Ərdoğan Azərbaycan xalqına və dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib

Məhkəmədə zərərçəkənlər, girovlar və Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülənlər ifadə verib

Məhkəmədə zərərçəkənlər, girovlar və Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülənlər ifadə verib

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib

Cırıq dırnaqlar və sınıq barmaqlar: erməni təcavüzü qurbanlarının şok ifadələri

Cırıq dırnaqlar və sınıq barmaqlar: erməni təcavüzü qurbanlarının şok ifadələri

Laçın rayonunda insan qalıqları aşkar edilib

Laçın rayonunda insan qalıqları aşkar edilib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Qəzet dövlət arxivi, dövlətçilik tarixidir

Qəzet dövlət arxivi, dövlətçilik tarixidir

Şəhid Anar Novruzovun xatirəsi anılıb - MASALLIDA

Şəhid Anar Novruzovun xatirəsi anılıb - MASALLIDA

“Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü” – Masallıda tədbir

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

BDU-da “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib +FOTO=9

1 il əvvəl 442 01

BDU-da “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik və Hüquq fakültəsinin 95 illik yubileylərinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə BDU-nun rektoru Elçin Babayev açıb. Rektor Elçin Babayev bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev milli dövlətçilik salnaməsində öyrənilməsinə, tədqiqinə və təbliğinə hələ uzun illər böyük ehtiyac olacaq irs yaradıb. Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizə qızıl hərflərlə yazılıb. Ümummilli Liderin ikinci dəfə, ölkəmiz üçün həlledici məqamda xalqın təkidi ilə hakimiyyətə gəlişi dövlətimizi yox olmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib. Bu gün Ulu Öndərin ideyaları, siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü təmin edildi, haqq savaşımız böyük Zəfər ilə başa çatdı. Şuşada, Xankəndidə, doğma torpaqlarımızda müqəddəs bayrağımız qaldırıldı. Bugünkü parlaq qələbəmiz məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyimizin möhkəm təməllərinin qoyulması, milli ruh, azərbaycançılıq məfkurəsinin yüksəlməyə başlaması, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar sayəsində qazanıldı.

Rektor bildirib ki, BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı“ adlandırdığı Bakı Dövlət Universiteti Ulu Öndərin irsinin tədqiqini, təbliğini özünün ən ali məqsədlərindən biri sayır. BDU-nun müəllimləri, tələbələri ölkəmizin qüdrətlənməsi, Ulu Öndər Heydər Əliyevin inkişaf doktrinasının həyata keçirilməsi istiqamətində öz missiyasını ləyaqətlə yerinə yetirir. Möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuş elmimizə və təhsilimizə xidmət göstərməkdən şərəf duyur.

Rektor diqqətə çatdırıb ki, 95 illik yubileyini qeyd etdiyimiz Hüquq fakültəsi də məhz dövlətimizin apardığı uğurlu təhsil siyasəti sayəsində sürətlə inkişaf edir: "Hüquq fakültəsi BDU-nun aparıcı və ən böyük fakültələrindəndir. 1927-1928-ci dərs ilində BDU-nun Şərq fakültəsinin nəzdində Hüquq şöbəsi fəaliyyətə başlayıb. Bu, Azərbaycan xalqının tarixində ilk dəfə olaraq milli hüquqşünas kadrların hazırlanmasının başlanğıcı idi. Hüquq şöbəsinin bazasında isə 17 dekabr 1928-ci ildə Hüquq fakültəsi təşkil edilib. BDU-nun və onun Hüquq fakültəsinin, ümumiyyətlə isə bütün Azərbaycan cəmiyyətinin inkişafında yeni mərhələ 1969-cu ildən, Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrdən başlayır. Ulu Öndərin o dövrdə uzaqgörənliyinin əsas istiqamətlərindən biri də Azərbaycanda beynəlxalq hüquq məktəbinin qurulması olub. Ölkəmiz 1991-ci ildə özünün müstəqilliyini bərpa etdikdən sonra Hüquq fakültəsi hüquqşünas kadrların yetişdirilməsinin əsas bazası kimi çıxış etməyə başladı. Hüquq fakültəsində bakalavriatura səviyyəsində  Azərbaycan və rus bölmələri ilə yanaşı, 2012-ci ildən ingilis bölməsinə də qəbul həyata keçirilir. Klassik hüquq sahələri ilə yanaşı, yeni hüquq sahələrinin inkişafı üzrə də mühüm elmi məktəblər formalaşıb. Hüquq fakültəsində ikili diplom proqramları üzrə yaxşı təcrübə formalaşıb.

2013-2020-ci illəri əhatə edən və Almaniyanın Vürtsburq Universiteti ilə imzalanmış "Avropa hüququ" magistratura ixtisaslaşmasında ikili diplom proqramı üzrə Sazişlə BDU-nun Hüquq fakültəsinin 65-dən çox məzunu Vürtsburq Universitetinin magistr diplomunu da alıb.

Hazırda ikili diplom proqramları "Dəniz və enerji hüququ" magistratura ixtisaslaşması üzrə Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, "Əqli mülkiyyət hüququ" magistratura ixtisaslaşması üzrə Fransanın Lyon-2 Universiteti, "Mülki hüquq; ailə hüququ; beynəlxalq xüsusi hüquq; sahibkarlıq hüququ" doktorantura ixtisası üzrə Almaniyanın Halle-Vittenberq Universiteti ilə davam etdirilir.

Bundan başqa, yeni ikili diplom proqramlarının magistratura ixtisaslaşmaları üzrə Litvanın Vilnüs Universiteti və Almaniyanın Halle-Vittenberq Universiteti ilə qurulması üzərində ciddi işlər aparılır".

Sonra Hüquq fakültəsinin 95 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxışında fakültənin 95 il ərzində şərəfli bir yol keçdiyini deyib. Bu illər ərzində Hüquq fakültəsi dövlət və hökümət qurumlarını yüksəkixtisaslı, peşəkar kadrlarla təmin edib. Hüquq fakültəsi hüquq elminin inkişafında və kadr hazırlığında əsas elmi mərkəzdir.

Ali Məhkəmənin sədri İnam Kərimov BDU-nun hər bir məzununun fəxr etdiyi bir ali təhsil müəssisəsi olduğunu deyib. Ali Məhkəmənin və məhkəmə korpuslarının hakimlərinin əksəriyyəti BDU-nun Hüquq fakültəsinin məzunudur. BDU ilə Ali Məhkəmə arasında uzun illərdir əməkdaşlıq əlaqələri mövcuddur. Hər il BDU-da Hüquqşünaslıq ixtisası üzrə təhsil alan xeyli sayda tələbə Ali Məhkəmədə və digər məhkəmələrdə təcrübə proqramlarında iştirak edir.

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev çıxışında bildirib ki, əvvəllər Azərbaycanda hüquqşunas hazırlayan yeganə təhsil müəssisəsi Bakı Dövlət Universiteti idi. İndi isə bir neçə universitetdə, akademiyada Hüquq fakültələri var. O bildirib ki, hazırda prokurorluq orqanlarında 1244 prokurorluq işçisindən 825 nəfəri BDU-nun Hüquq fakültəsinin məzunudur. Bu da prokurorluq işçilərinin 66,3 faizini təşkil edir: "Mənim 3 müavinim də bu fakültənin məzunudur. Prokurorluq orqanlarında rəhbər vəzifələrdə işləyən 266 işçidən 173-ü, yəni 65 faizi BDU-nun Hüquq fakültəsində təhsil alıb. 2002-2023-cü illər ərzində prokurorluq orqanlarına test üsulu ilə imtahanlar keçirilib, 25 müsabiqə üzrə uğur qazanmış 700 nəfərin 56,3 faizi BDU-nun Hüquq fakültəsinin məzunu olub. Hazırda BDU-nun Hüquq fakültəsinin 260 tələbəsi prokurorluqda ictimai köməkçi vəzifəsində fəaliyyət göstərir”.

Milli Məclis sədrinin I müavini,  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ulu Öndər Heydər Əliyevin qanunçuluğa, insan hüquqlarına və demokratiyaya hörmətlə yanaşdığını, daim cinayətkarlığa qarşı mübarizə apardığını və Azərbaycanda hüquq islahatlarına rəhbərlik etdiyini deyib.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov 800-ə yaxın BDU məzununun ədliyyə orqanlarında çalışdığını bildirib. Qeyd edib ki, BDU-nun 155 məzunu Ədliyyə Nazirliyində rəhbər vəzifələrdə çalışır. Ədliyyə nazirinin 5 müavini BDU-nun Hüquq fakültəsinin məzunudur.

Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov çalışdığı qurumda Hüquq fakültəsini təmsil etdiyini deyib. O vurğulayıb ki,  BDU-nun Hüquq fakültəsi hüquq təhsili verməklə yanaşı, hüquq elminə dair elmi araşdırmaların aparıldığı mərkəzdir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva təmsil etdiyi qurum ilə BDU-nun Hüquq fakültəsinin əməkdaşlıq əlaqələrindən bəhs edib.

AMEA-nın müxbir üzvü, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikova bildirib ki, yüksəkixtisaslı hüquqşünas kadrlar hazırlayan Hüquq fakültəsi öz fəaliyyəti ilə dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etməkdədir.

Sonda Hüquq fakültəsinin tələbələrinin hazırladığı tamaşa nümayiş etdirilib.

Konfrans işini sabah da davam etdirəcək.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq tədbir keçirildi

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq tədbir keçirildi

John Doe 1 ay əvvəl

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

John Doe 1 ay əvvəl

Şabran rayon Uşaq Kitabxanasında kitab təqdimatı olub

Şabran rayon Uşaq Kitabxanasında kitab təqdimatı olub

John Doe 1 ay əvvəl

Ruslar IELTS İngilis dili imtahanından keçdikləri üçün həbs olunacaqlar

Ruslar IELTS İngilis dili imtahanından keçdikləri üçün həbs olunacaqlar

John Doe 2 ay əvvəl

Tanınmış yazıçının əl işlərinin sərgisi açıldı

Tanınmış yazıçının əl işlərinin sərgisi açıldı

John Doe 2 ay əvvəl

Gənc Tamaşaçılar Teatrında İncəsənət festivalı keçirildi

Gənc Tamaşaçılar Teatrında İncəsənət festivalı keçirildi

John Doe 2 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

Türkiyənin Kahramanmaraş şəhərində “Azər...

19 iyun 2025 21:37:14
• İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib}

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

19 iyun 2025 16:27:00
• İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib}

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com