Cavadxan Qasımov:
NDU-da Beynəlxalq Simpozium keçiriləcək
Əziz dostlar, dəyərli elm adamları, tədqiqatçılar, hörmətli həmkarlar.
Sizinlə 10-11 oktyabr 2024-cü il tarixlərində Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə keçirilmiş olan "İxracyönlü sənayenin inkişafı: sənayeləşmə siyasəti və infrastruktur təchizatları" mövzusunda Respublika Elmi Konfransında birlikdə iştirak etməkdən olduqca məmnun olduq. Konfransımızda canlı və onlayn iştirak edən hər kəsə dərin minnətdarlıq edirik.
Sizinlə eyni elmi mühiti paylaşmaqdan sonsuz qürurluyuq. Bunun üçün də ali məktəbimizin 2024-cü ilin sonlarına doğru ev sahibliyi edəcəyi elmi tədbirlərdən biri olan "Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu" mövzusunda İkinci Beynəlxalq Simpoziumun keçiriləcəyini diqqətinizə təqdim etməkdən məmnun olarıq.
Beynəlxalq Simpozium 26 noyabr 2024-cü il tarixində olacaq. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100-cü il dönümü üzrə tədbirlər çərçivəsində keçiriləcək bu elmi tədbir də, Sizi və bizi bir elmi mühitə toplaması baxımından da olduqca əhəmiyyətli olacaq.
Məlumat üçün bildirmək olar ki, Naxçıvan Dövlət Universitetinin ərazisində 2 hektar sahədə Texnologiyalar parkı (Texnopark) inşa olunmaqdadır. Məhz ali məktəbin belə bir Beynəlxalq Simpoziuma ev sahibliyi etməsi qarşıdakı mərhələlərdə Texnoparkın imkanlarından birlikdə yararlanmaq və ortaya qoyacağımız elmi nəticələrdən birlikdə bəhrələnmək imkanlarını da gətirmiş olacaq.
Beynəlxalq Simpoziumda ölkəmizlə yanaşı, qardaş Türkiyə Cümhuriyyətinin də ali məktəblərində çalışan elm adamlarının da katılımını gözləyirik. Biz birlikdə güclüyük. Hər birinizi Beynəxalq Simpoziumun keçirilməsində görməkdən böyük məmnunluq duyacağıq.
Özet və ya məqalələrinizi posterdə yazılan e-mail adresinə təqdim etməyiniz xahiş olunur.
Hər birinizə böyük hörmət və ehtiramla
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.