Bəybala Mirzəyev:
İmperiyalarımız haqda araşdırma
Səfəviləri və Əfşarları daha yaxından tanımağımıza yardımçı olacaq yeni kitab araya-ərsəyə gəlib.
Tarixçi alim Sevinc Məlikzadənin “Azərbaycan Səfəvi və Əfşar imperiyaları xristian missionerlərinin məlumatlarında” kitabı bu günlərdə çapdan çıxıb.
Bu elmi araşdırmanın bir neçə fərqli cəhəti onu bütün tarixsevərlərimiz üçün önəmli edir.
Birincisi, bu monoqrafik əsərdə bir sıra xristian missionerlərinin məlumatları əsasında Azərbaycan Səfəvi və Əfşar imperiyalarının tarixinin indiyədək lazımınca öyrənilməmiş bir çox məsələləri işıqlandırılır.
İkincisi, tarix üzrə fəlsəfə doktoru Sevinc Məlikzadə bu kitabda missioner mənbələrində tez-tez işlədilən “böyük Ermənistan” ifadəsini, həmçinin türk-Qafqaz əsilli xristian albanların “erməni” kimi təqdim olunmasını tarixi gerçəkliklərin təhrif olunması kimi qiymətləndirir.
Üçüncüsü isə, müəllif Səfəvi imperiyasını və Əfşar imperiyasını İran (fars) dövləti hesab edən düşmənlərimizin iddialarının əksinə olaraq böyük bir əminliklə Azərbaycan imperiyaları kimi təqdim edib. Bu isə dövlətçilik tariximizlə bağlı “imperiya” anlayışının elmi dövriyyəyə daxil edilməsi baxımından olduqca önəmlidir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.