Meyvə şirəsi "Coca-Cola"dan daha zərərlidir
Meyvə şirələri qazlı içkilərə daha sağlam alternativ kimi görünür. Ancaq onları həqiqətən faydalı adlandırmaq olmaz, çünki onların vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə artırdığı göstərilmişdir.
Bu qənaətə Emoridən olan tədqiqatçılar uzunmüddətli və genişmiqyaslı tədqiqat apardıqdan sonra gəliblər və nəticələri Amerika Tibb Assosiasiyasının jurnalında dərc olunub. Tədqiqatçıların fikrincə, meyvə şirələrində müəyyən qədər lif və vitaminlər var. Ancaq bədənə hər hansı bir faydalı təsir göstərmək üçün kifayət deyillər. Şirənin tərkibində olan antioksidanlar isə insan sağlamlığına nə müsbət, nə də mənfi təsir göstərmir. Ona görə də meyvə şirələrinin tərkibindəki qida maddələrinə görə "Coca-Cola"dan üstünlüyü çox şübhəlidir. Üstəlik, hər iki içkidə şəkər səviyyəsi təxminən eynidir: 100 qram içki üçün iki çay qaşığı və ÜST-ə görə norma gündə səkkiz qaşıqdır.
Altı il ərzində alimlər 13440 insanı müşahidə edərək onların içdikləri təbii şirələrin və şirin qazlı içkilərin miqdarını təhlil ediblər. İştirakçılar orta hesabla gündəlik kalorilərinin 8,4%-ni limonad içməklə, 4%-ni isə 100% meyvə şirəsi içməklə əldə ediblər. Üstəlik, bütün tədqiqat zamanı ürək-damar xəstəliklərindən 168 ölüm, digər səbəblərdən 1000 ölüm halı qeydə alınıb. Ən çox şəkərli içkilər qəbul edən insanlarda piylənməni nəzərə alan tədqiqatçılar müəyyən ediblər ki, normadan artıq istehlak edilən hər 420 q şəkərli soda və şirəyə görə ölüm riski müvafiq olaraq 11% və 24% artıb.
Tədqiqat müəllifləri şirələr və qazlı içkilərdən ölüm riskinin artmasının bir sıra müxtəlif səbəblərə görə baş verdiyini irəli sürüblər. Şirələrin gündəlik istehlakı nəticədə bədən üçün bütün mənfi nəticələrlə piylənməyə səbəb ola bilər. Şəkərli şirələr orqanizmin insulinə qarşı müqavimətini artırır ki, bu da öz növbəsində şəkər xəstəliyinə səbəb ola bilər. Həmçinin, şirənin tərkibində olan fruktoza qan təzyiqi və lipid səviyyələrinə, qlükoza isə insulin səviyyəsinə təsir edir ki, bu da yenə diabetə səbəb olur. Ancaq qeyd etmək lazımdır ki, bu cür risklər yalnız meyvə şirələrinin həddindən artıq istehlakı ilə yaranır - gündə 700 ml-dən çox. Gündəlik 150 ml-dən çox olmayan şirə içsəniz, həyat üçün heç bir risk yoxdur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.