ADA İbtidai Məktəbində estoniyalı mütəxəssislərlə görüş keçirilib
"T-Network"ün təşkilatçılığı ilə keçirilən görüşdə Estoniya Təhsil və Tədqiqatlar Nazirliyinin yeni tədris proqramlarının hazırlanması üzrə işçi qrupunun üzvü, Tallin Universitetində təhsilin idarəolunması üzrə müəllim, Eston Dili İnstitutunun tədqiqatlar üzrə layihə rəhbəri, psixoloq Stanislav Nemerjitski, Tallin Məktəbəqədər Təhsil üzrə Direktorlar Assosiasiyasının İdarə Heyətinin üzvü Riina Ləll, Estoniyada “Lingatore” xarici dil tədrisi mərkəzinin rəhbəri, xarici dil tədrisi üzrə metodist, baş müəllim Evelin Müüripeal, Estoniyanın təhsildə inteqrasiya üzrə Dövlət Proqramının mentoru, “Təhsildə ilin adamı” mükafatı laureatı Sənəm Əliyeva Estoniya təcrübəsini çatdırıblar.
Görüşdə Estoniya təhsilinin uğur sirri barədə müzakirə aparılıb. Müzakirədə uşaqyönümlü öyrənmə mühiti, rəqəmsallaşma, valideynlərlə iş, məzmun, xarici dilin tədrisi, qiymətləndirmə kimi mövzulara toxunulub.
İştirakçıların böyük marağına səbəb olan görüş sual-cavab formatında davam edib.
Görüş “Təhsildə Estoniya təcrübəsi” beynəlxalq konfransı çərçivəsində baş tutub. Beynəlxalq konfrans “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə reallaşıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.