Osman Gündüz:
SAF24 festivalı İnMerge İnnovation Sammitindən heç də az əhəmiyyət kəsb etmir
Dünən Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasiminə qatıldım.
Bu il keçirilən SAF24 finalında 15 ölkədən 240 komanda iştirak edirdi.
Festivalda “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və s. kimi mövzularda 9 kateqoriya üzrə sərgi-yarışlar təşkil olunub.
Yerli və xarici komandalarla, onların layihələri ilə yaxından tanış oldum. Komanda üzvləri və mentorları ilə, müəllimləri ilə söhbətləşdik.
Düşünürəm ki, festival artıq müasir çağırışlar baxımından zəriri bilik və bacarıqların formalaşması sahəsində çox maraqlı, faydalı və əhəmiyyətli bir platformaya çevrilib.
p.s.Tam səmimi deyim, bilmirəm müqayisə nə dərəcədə uyğundur, indiki məqamda Azərbaycan üçün daha vacib olan SAF24 festivalını, büdcəsi bir neçə milyon olan İnMerge İnnovation Sammitindən heç də az əhəmiyyət kəsb etmədiyini düşünürəm.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.