Məktəblərdə Müstəqilliyin Bərpası Günü qeyd edilib - MASALLIDA
Masallı rayon üzrə təhsil sektorunun tabeliyindəki məktəblərdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Təhsil müəssisələrində müstəqilliyin bərpasının 33-cü ildönümünə həsr olunan konfranslar, mühazirə və dəyirmi masalar, rəsm, bədii qiraət və inşa yazı müsabiqələri, intellektual oyunlar, sərgilər təşkil olunub.
Bildirilib ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci ilin 18 oktyabr günü xalqımızın tarixinə şərəfli səhifə kimi yazılıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, o cümlədən respublikamızın gündən-günə daha da gücləndiyi şagirdlərin bir daha diqqətinə çatdırılıb.
Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, mahnılar ifa edib, müstəqillik tariximizdən bəhs edən videoçarx və sənədli filmlər izləyiblər.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.