Şəhid anası ilə görüş keçirilib
Bir müddət bundan öncə Azərbaycandan olan bir qrup şəhid ailələri üzvlərinin Türkiyəyə səfəri təşkil olunmuşdur. Onların içərisində “Türk Dünyası Turan Düşüncə Mərkəzi”, “Beynəlxalq Əlillər Cəmiyyəti” və “Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları Ailələrnə Kömək” İB-in İdarə Heyəti və “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyəti üzvü, şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva da var idi.
Dünən AYB-də şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyevanın Türkiyə səfərinə həsr olunmuş tədbir keçirildi.
18 oktyabr Müstəqilliyimizin Bərpası Günü ərəfəsində keçirilən tədbiri giriş sözü ilə açan sədr Tahir Xudiyev hamını bu gün münasibəti ilə təbrik etdi və bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.
Şəhid anası Türkiyədə keçirilən görüşlərindən ürək dolusu danışdı. Tədbirdə şəhid pokovnik-leytenant Rəşad Quliyevin döyüş yoldaşları, “Türkiyə-Azərbaycan iş Adamları və Sənayeçiləri” İB-in İdarə Heyəti sədri Hüseyn Büyükfırat, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in (BƏCİB) Sədr müavini, AYB-nin Birinci katibi Çingiz Abdullayev, BƏCİB Ağsaqqallar Şurasının üzvü, filologiya üzrə elmlər doktoru İmaməddin Zəkiyev, BƏCİB İdarə Heyəti üzvü, BDU-nun professoru, Əməkdar jurnalist, ədliyyə polkovniki Allahverdi Məmmədli, Müdafiə Nazirliyi Şəhid Ailələri və Qadınlarla İş üzrə Şöbəsinin müdiri Zümrüd Səmədova, Gömrük Akademiyasının məsul əməkdaşı Cəmilə Namazova, BƏCİB-in üzvü, Yardımlı rayonunun sayılıb-seçilən ağsaqqallarından olan Mirsəfər Fətiyev, İqtisadiyyat Nazirliyinin əməkdaşı Nəbi Nəbizadə, “Qazilərin Sosial Durumları və Hüquqlarının Müdafiəsi” İB-in sədri Xudu Xudiyev, BƏCİB-in İdarə Heyəti üzvü, AMEA-nın şöbə müdiri Xatirə Cabbarzadə, YAP Mərkəzi Aparatın Həmkarlar Təşkilatının sədri Məhəmməd Məhərrəmov, BƏCİB-in İdarə Heyəti üzvü, 122 Saylı Xankəndi Seçki Dairəsinin sədri Ağalar Əliyev, RŞAİB sədri Camal Əliyev, “Həkəri” qəzetinin Baş redaktoru, şair-publisist Rauf İlyasoğlu, BƏCİB-in Qarabağ Nümayəndəliyinin rəhbəri, Qarabağ müharibəsi veteranı Həsənağa Bayramov, Səhiyyə Nazirliyinin əməkdaşı Leyla Seyidəliyeva, BƏCİB-in İdarə Heyəti üzvü və Hərbi işlər üzrə şöbəsinin rəhbəri Nazir Hüseynov, BƏCİB-in Nəzarət-Təftiş Komissiyasının sədri Kamal Quliyev, “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri Elmira Behbudova, Gömrük Akademiyasının əməkdaşı Azər Seyidov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mehriban Mir-Həsənli, "AZpress.AZ" İnformasiya Agentliyinin əməkdaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Ruhəngiz Qarayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Tağı Həsənov, TƏBİB-in əməkdaşı Nərgiz Hacıyeva, DİN-nin əməkdaşı Rüstəm Nəsibov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin əməkdaşı Mina Rəşid, AYB Sədrinin köməkçisi Rauf Aslanov, AYB-nın üzvləri Aynur Kərimova və Qazilə Adıgözəlova, YAP-ın Səbail Rayon Təşkilatının fəalları Bəhlul Əsədov və Cavad İsmayılzadə, BƏCİB könüllüsü Ramil Qəhrəmanov iştirak edirdilər.
Xeyransa İsmayılova
"AZpress.AZ" İnformasiya Agentliyinin "AZpressTİMES.info" xəbər saytı tədbirdən fotoları təqdim edir:
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.