Ağcabədi pambıqçılarının hədəfi 2024-cü təsərrüfat ilini yüksək göstəricilərlə başa vurmaqdır
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımına başlanılıb.
"AZpress.AZ" İnformasiya Agentliyinin "AZpressTİMES.info" saytının bölgə müxbiri xəbər verir ki, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Əlizamin Abdullayev bildirib ki, 2024-cü ildə rayonda 1481 fermerlə 3978,18 hektarı “Azərpambıq” MMC, 5040,52 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 2700 hektarı “P-Aqro” MMC, 400 hektar “MKT-İK” MMC-nin Ağcabədi İnnovasiya filialı və 1016,3 hektar “Cotton Trade” MMC ilə müqavilə əsasında olmaqla 13 min 135,1 hektar sahədə pambıq becərilib. Əkin zamanı fermerlər əsasən pambığın “May-505”, “Lazer”, “Altunməyaz-1010”, “Altunbəzay-440”, “”DP-332”, “Fiona”, “May-455”, “Arion” sortlarından istifadə ediblər. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir. Bu mövsüm rayon pambıqçılarının hədəfi 43-44 min ton məhsul istehsal etməkdir.
Sentyabr ayında tarlalarda defolyasiya işləri aparılıb. Hazırda məhsulun pambıqyığan kombaynlar vasitəsilə yığımı həyata keçirilir. Toplanan məhsul rayondakı pambıq qəbulu məntəqələrinə təhvil verilir.
“P-Aqro” MMC-nin Ağcabədi filialının direktoru Qələndar Mamedov tarlalarda məhsulun bol olduğunu bildirib: “Bu il 486 nəfər fermerlə 2700 hektar sahədə pambıq becərilməsi üçün müqavilə bağlanıb. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılıb. Tarlalarda məhsul boldur. Tarlaların vəziyyəti və yığımın ilkin nəticələri məhsuldarlığın 35 sentnerdən yüksək olacağını göstərir".
Qəbul məntəqəsinə gətirilən xam pambıqdan əvvəlcə nümunələr götürülür, laboratoriyada nəmlik və təmizlik göstəriciləri müəyyən edilir. Pambıq qapanda çəkildikdən sonra tayaya yığılır.
Pambıq qəbulu məntəqəsinə ilk məhsulu təhvil verən fermerlərdən olan Zamil Mamedov bu il yüksək məhsuldarlığa nail olduğunu bildirib: "Bu il 10 hektar sahədə pambıq becərmişəm. Aqrotexniki qulluğu, suvarmanı vaxtlı-vaxtında eləmişəm. İndi də çəkdiyim zəhmətin bəhrəsini götürürəm. Hazırda pambıqyığan maşınla məhsulumuzu yığırıq. Birinci yığıma hər hektardan orta hesabla 40 sentner məhsul götürürük. Pambıq yığımı mövsümünün sonunadək bu göstərici 45 sentnerə qədər yüksələcək. Məhsulumuzdan razıyıq”.
Mais İbrahimov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.