Bəybala Mirzəyev:
Bu region üçün ən uğurlu ad Türküstandır
Türkiyənin Milli Təhsil Nazirliyi yeni təhsil proqramında ciddi dəyişiklik edib. Belə ki, sözügedən nazirlik yeni tədris ilində tarix proqramında dəyişiklik edilməsinə qərar verib.
"Türkiyə Əsri" Təhsil Modeli çərçivəsində edilən dəyişikliyə görə, bundan sonra Türkiyənin tarix dərsliklərində artıq Mərkəzi Asiya regionu "Türküstan" adlandırılacaq.
Qeyd edək ki, Türkiyədə bu region 20-ci əsrin sovet ənənəsinə uyğun olaraq "Orta Asiya" adlandırılırdı. Elə bu regiondakı türk dövlətləri də "Orta Asiya" ifadəsindən istifadə edirdilər. Lakin bir neçə il əvvəl region ölkələrinin liderlərinin ortaq qərarı ilə "Orta Asiya" ifadəsi "Mərkəzi Asiya" adı ilə əvəzləndi.
Lakin bu region üçün ən uğurlu ad Türküstandır.
Yəqin ki, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan liderləri yaxın gələcəkdə bir araya gəlib "Mərkəzi Asiya"nı da Türküstan adıyla əvəzləyərlər. Beləliklə, tarixi gerçəklik də öz yerini almış olar.
P.S.
Türkiyənin Milli Təhsil Nazirliyinin bu qərarı isə alqışa layiqdir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyasının birliyinin vacibliyini vurğulayıb.
“Biz “Türk əsri” baxışımızı Türk Dövlətləri Təşkilatına çatdıraraq, qarşıdakı dövrü türklər dövrünə çevirmək üçün çiyin-çiyinə çalışacağıq”,- deyə Ərdoğan bildirib.
Mövzu ilə bağlı ekspertlər də açıqlama veriblər.
“Türklərin vətəni mənasını verən "Türküstan" sözü tarixin ən qədim dövrlərindən bəri işlədilir”,- deyə professor Ahmet Taşagıl vurğulayıb.
Taşagıl qeyd edib ki, 19-cu əsrin ikinci yarısında Rusiya istilası nəticəsində Türküstan adı yerinə Orta Asiya anlayışı ortaya atılmışdır.
"19-cu əsrin ikinci yarısında başa çatan rus istilası nəticəsində Orta Asiya (Sredney Azii) anlayışı Türküstan adını əvəzlənərək geniş vüsət alıb. Türküstan İranın Xorasan bölgəsindən başlayaraq, Şimali Əfqanıstan da daxil olmaqla Pamir və Hindukuş-Kunlun dağlarının şimal ətəklərindən Çinin Tun-huanq bölgəsinə qədər uzanan, oradan Mancuriyanın qərbinə, o cümlədən Monqolustan da daxil olmaqla bütün Cənubi Sibirə və Ural dağları və Volqa çayının Xəzər dənizinə çatdığı qərbə doğru davam edən geniş ərazini əhatə edir. Tarixi mənbələrdə bu ərazinin adı XIX əsrin ortalarına qədər Türküstan olub", - o, TRT-yə açıqlamasında qeyd edir.
Dosent d-r Ramin Sadık isə Türküstan anlayışına sahib çıxılmasının vacib olduğunu bildirib: "Türküstan anlayışına sahib çıxmağımız və Milli Təhsil Nazirliyinin onu kitablara daxil etməsi çox düzgün qərardır. Türkiyə Türküstan deməkdir, türklərin sıx yaşadığı bölgə deməkdir. Orta Asiyada daha çox hansı millət yaşayır: türklər? Başqalarının bu ərazi necə adlandırdığı bizi maraqlandırmır. Biz öz tariximizi, mədəniyyətimizi, keçmişimizi qorumalıyıq".
Ekspertlər bu dəyişikliyin türk dövlətləri arasında əlaqələri gücləndirmək, o cümlədən ortaq tarix, ədəbiyyat, xəritə və əlifbanın yaradılması üzrə daha geniş strategiyanın bir hissəsi olduğunu bildirirlər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.