2024-cü il Ədəbiyyat üzrə Nobel Mükafatı Cənubi Koreya yazıçısı Han Qanqa verilib
Stokholmdakı İsveç Akademiyası Han Qanqın 2024-cü ildə Ədəbiyyat üzrə Nobel Mükafatını “tarixi travma ilə üzləşən və insan həyatının kövrəkliyini ortaya qoyan gərgin poetik nəsrinə görə” qazanacağını açıqladı.
Han Qanq öz işində tarixi travmalar və görünməz qaydalar toplusu ilə qarşılaşır, hər dəfə insan həyatının kövrəkliyini ifşa edir. Komitə öz qərarını belə izah edib: “O, bədən və ruh, canlı və ölü arasındakı əlaqə haqqında unikal anlayışa malikdir və öz poetik və eksperimental üslubu ilə müasir nəsrin yenilikçisinə çevrilib”.
Han Qanq bir çox ədəbi mükafatların, o cümlədən Buker mükafatının (2016-cı ildə “Vegeterian” romanına görə) laureatıdır. “Vegetarian”da yazıçı şəxsiyyət, seksuallıq və zorakılıq məsələlərini araşdırır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.