Almaniya Kiyevə 400 milyon avro ayıracaq
Almaniya Bundestaqı Ukraynaya hərbi yardım üçün əlavə 400 milyon avro ayrılmasını təsdiqləyib.
Bunu Almaniya Müdafiə Nazirliyi yanında Kiyevə yardım üzrə koordinator, general-mayor Kristian Freydinq deyib.
“Biz yalnız 2024-cü il üçün əlavə 400 milyon avro üçün Bundestaqdan razılıq aldıq. Bu, bizə bu il ümumi həcmi 1,4 milyard avro olan 50 layihəni həyata keçirməyə imkan verəcək”, - deyə Freydinq RND-nin verdiyi məlumata görə bildirib. O, həmçinin ABŞ-nin Ukraynaya əlavə 8 milyard avro yardım göstərmək niyyətini xatırladıb və bunun Qərbin münaqişədən yorulduğunu deyil, qətiyyətini ifadə etdiyini vurğulayıb.
General-mayor Almaniyanın Ukraynaya dəstəyini davam etdirmək niyyətini təsdiqləyərək, zenit sistemlərinin son tədarüklərini və gələcək planlarını, o cümlədən piyadaların döyüş maşınları və tanklarının tədarükünə istinad edib. Freydinq həmçinin Ukraynada artilleriya sursatları ilə bağlı vəziyyətin yaxşılaşdığını elan edərək, Rusiyanın bu sahədəki üstünlüyünün guya azalmasına işarə edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.