Bəybala Mirzəyev:
Erməni vandalizminin kulminasiya nöqtəsi
Separatçılar və Ermənistan hökuməti keçən ilin sentyabrında Azərbaycan Ordusunun lokal antiterror əməliyyatından öncə, yeri Azərbaycana və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məlum olan Qarabağdakı kütləvi məzarlıqları məhv edib.
Məqsəd isə bu məzarlıqların yerini itirmək, qətlə yetirdikləri itkin azərbaycanlıların qalıqlarının ölkəmizin əlinə düşməsinə imkan verməmək olub.
Beləliklə, Ermənistan indiyə qədər həm kütləvi məzarlqılar haqqında Azərbaycana məlumat verməkdən hər cür bəhanələrlə imtina edib və bu məzarlıqların yerini gizli saxlayıb, həm də ifşa olunmamaq üçün həmin məzarlıqları da buldozerlərlə dağıdıb.
Bu isə erməni barbarlığının və vandalizminin kulminasiya nöqtəsidir.
Hazırda sağ olan və Ermənistanda yaşayan hərbi canilər, səhra komandirləri Birinci Qarabağ müharibəsi dönəmindəki kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqları barədə dəfələrlə açıqlamalar veriblər.
Lakin Ermənistan rəhbərliyi həmin məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir.
Bu da erməni faşizminin başqa bir formada davamıdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.