Ağcabədidə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Ağcabədi rayonunda geniş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüblər.
“Kral” şadlıq sarayında təşkil olunmuş bayram tədbirindəöncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli lider Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Bundan sonra söz Ağcabədi rayonu üzrə təhsil sektorunun müdiri Teymur Qasımova verilib. O, çıxışında Azərbaycan təhsilinin inkişafından, bu sahədə ümummilli lider Heydər Əliyevin böyük rolundan, hazırda təhsilə göstərilən dövlət qayğısından söz açaraq bütün təhsil işçilərini bayram münasibətilə təbrik edib.
Sonra Qarabağ Regional Təhsil İdarəsinin İnzibati-təşkilat sektorunun müdiri Dəyanət Fərzəliyev, Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xətai Zeynalov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin Ağcabədi rayon təşkilatının sədri Arzu Niftalıyeva, 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfədoktoru Samirə Pəsiyevaya, Qabaqcıl maarif xadimi Ədalət Hüseynov və digərləri çıxış edərək öz təbriklərini, ürək sözlərini tədbir iştirakçılarına çatdırıblar.
Tədbirdə bir qrup qabaqcıl təhsil işçisinə Qarabağ Regional Təhsil İdarəsinin və Ağcabədi Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin Ağcabədi rayon təşkilatı isə şəhid ailəsindən olan təhsil işçilərini pul mükafatı və gül buketləri ilə təbrik edib.
Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin, Qarabağ Muğam Mərkəzinin müəllim və şagirdlərinin ifasında maraqlı və rəngarəng konsert proqramı ilə davam edib. Rayon Mədəniyyət və Turizm şöbəsinin, Qarabağ Muğam Mərkəzinin hazırladıqları maraqlı konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.
Mais İbrahimov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.