Rayon rəhbəri müəllimləri təltif edib - MASALLIDA
Masallıda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Çıxışına Ümummilli lider Heydər Əliyevin “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” sözləri ilə başlayan rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsindən bəhs edib.
44 günlük Vətən müharibəsində 15 masallılı müəllimin düşmənə qarşı döyüşdüyünü diqqətə çatdıran rayon rəhbəri təhsil işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara məsuliyyətli işlərində uğurlar arzulayıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektorunun müdiri Elman Rzayev, sektor əməkdaşı Samit İslamov, Göyəçöl və Xırmandalı kənd tam orta məktəblərinin müəllimləri Lalə İsrafilova, Həşim Abbasov ölkəmizdə müəllimlərin hərtərəfli qayğı ilə əhatə olunduqlarını bildirblər.
Tədbirdə səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup müəllim Masallı Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilib.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.