09 avqust 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Hakan Fidan və Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparıblar

Hakan Fidan və Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparıblar

“Korrupsiya - cəmiyyətin görünməyən düşməni” – Masallıda tədbir

“Korrupsiya - cəmiyyətin görünməyən düşməni” – Masallıda tədbir

ABŞ YUNESKO-dan çıxdığını elan etdi

ABŞ YUNESKO-dan çıxdığını elan etdi

Ərdoğan Azərbaycan xalqına və dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib

Ərdoğan Azərbaycan xalqına və dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib

Məhkəmədə zərərçəkənlər, girovlar və Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülənlər ifadə verib

Məhkəmədə zərərçəkənlər, girovlar və Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülənlər ifadə verib

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib

Cırıq dırnaqlar və sınıq barmaqlar: erməni təcavüzü qurbanlarının şok ifadələri

Cırıq dırnaqlar və sınıq barmaqlar: erməni təcavüzü qurbanlarının şok ifadələri

Laçın rayonunda insan qalıqları aşkar edilib

Laçın rayonunda insan qalıqları aşkar edilib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Qəzet dövlət arxivi, dövlətçilik tarixidir

Qəzet dövlət arxivi, dövlətçilik tarixidir

Şəhid Anar Novruzovun xatirəsi anılıb - MASALLIDA

Şəhid Anar Novruzovun xatirəsi anılıb - MASALLIDA

“Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü” – Masallıda tədbir

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
1. Ana Səhifə
2. Elm və Təhsil
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət Elm və Təhsil

Nəriman Qasımoğlu: TƏRCÜMƏÇİ MƏSULİYYƏTİ, ŞILTAQLIĞI

10 ay əvvəl 212 01

Nəriman Qasımoğlu:

TƏRCÜMƏÇİ MƏSULİYYƏTİ, ŞILTAQLIĞI

BEYNƏLXALQ TƏRCÜMƏÇİ GÜNÜ

(xatirə dəftərindən)

ADU-nun (indiki BDU) Şərqşünaslıq fakültəsini yenicə bitirmişəm. Liviyanın Tacura qəsəbəsində sovetlərin inşa etdiyi Atom Tədqiqatları Mərkəzində tərcüməçi qismində ezamiyyətdəyəm. Məndən əvvəl də orada Bakılı, Moskvalı ərəbşünaslar çalışırdılar. Rəhbərlik isə məsul danışıqlarda iştirak üçün seçimini yeni şəxsə - mənə edir.

Atom Tədqiqatları Mərkəzinin istismarı üçün Liviyalı personalın hazırlanması üzrə müqavilə bağlanması nəzərdə tutulur. Elə bilirəm, bu, adi, razılaşdırılması tez başa gələn bir sənəd olmalıdır. Ancaq müqavilə şərtlərinin razılaşdırılması üzrə gündəlik danışıqlar uzananda yanıldığımın fərqindəyəm.

Tərəflərin hər söz, hər maddə üstündə bir-birini ciddi-cəhdlə, çox zaman da emosionallıqla necə inandırmağa çalışdığını, öz ölkəsinin çıxarları naminə dəridən-qabıdan necə çıxdığını görmək və bütün bunların sovetlər tərəfindən şəxsən iştirakçısı olmaq, əlbəttə, mənə maraqlı bir təcrübə də qazandırır.

Ruslar mənim tərcümə işimdən məmnundurlar. Çünki bəzən tərcüməçidən çox iştirakçı qismində çıxış etməyə məcbur olur, ərəb tərəfini nəyəsə inandırmağa öz təşəbbüsümlə səy göstərir, Liviyalıları razı salmağa nail ola bilirəm. Ərəblər də narazı deyillər, mənə öyrəşmişlər, müsəlman olduğumu bilir, şəxsimə buna görə də hörmətlə yanaşırlar.

Sovetlər tərəfindən danışıqlara SSRİ Atomenerqoeksport birliyinin məsul əməkdaşı Vladimir Prixidko rəhbərlik edir. Xasiyyətcə mülayim, öz işini gözəl bilən, həddindən artıq məsuliyyətli, geniş dünyagörüşlü bu kommersantla çalışmaqdan xüsusi zövq alıram. O da şəxsimə rəğbətlidir, Liviyadakı sovet rəhbərliyini inandırmışdı ki, “он мало того, что хороший переводчик, к тому же со знанием вошел в дело и фактически стал участником переговоров с Ливийской стороной: его нужно назначить на должность инженера-коммерсанта, это пойдет нам на пользу, поскольку и ливийцы относятся к нему больше как отвестственному участнику переговоров, нежели к простому переводчику“.

Prixidkonun təkidi ilə vəzifəmin artırılması üçün Moskvaya təqdimat yazırlar. Moskvadakı rəhbərlikdən gələn cavab isə belə olur: “пусть продолжает также работать на своей переводческой должности». Bir ilə qədər çəkən müqavilə danışıqlarında birgə çalışdığım Prixidko da, digərləri də rəhbərliyin bu etinasız və təkəbbürlü cavabından pərtdirlər.

Atomenerqoeksport rəhbərliyinin başqa bir tələbi isə danışıqlar prosesini dalana dirəyir. Müqavilənin bütün şərtləri razılaşdırılıb. Qiymət məsələsini sona saxlayıblar. Birdən sovetlər elə bir məbləğ oxuyurlar ki, əslində, üzə çıxarılası deyil. “Они что совсем очумели, чем они думают?” deyə Prixidko bilmir nə etsin, Liviyalıları bu məbləğə necə inandırsın. Əlbəttə, Liviyalılar uzun sürən danışıqlarla bağlı əziyyətin heçə getməsini istəmirlər və qiymət məsələsinin Moskvadakı Atomenerqoeksport-dan gəldiyindən halidirlər.

Ölkənin Miammar Kaddafidən sonra ikinci şəxsi sayılan Abdussəlam Cəllud SSRİ Nazirlər Sovetinin Sədrinə şikayət ünvanlayır. Liviyalılar “sizin Qərb imperialistlərindən heç fərqiniz yoxmuş” kimi ifadələrlə bizi sancmağa başlayırlar.

Cəlludun təzyiqi bəhrəsini verir. Sovetlər təqdim etdiyi qiyməti düz iki dəfə azaldırlar. Nəticədən məmnun qalan liviyalılar müqaviləni imzalamağa hazır olduqlarını bildirirlər.

Atomenerqoeksport-un rəhbər şəxsi Doroxin bəzi işçilərinin müşayiətilə Tripoliyə gəlir. Bir neçə gündən sonra müqavilə imzalanmalıdır. Prixidkonun rəhbərliyi altında danışıqların bütün əziyyətlərini çəkmiş qrupdan Vladimir adlı başqa birisi mənə yaxınlaşıb “Нариман, дорогой, извини, но это не наша инициатива, мы к тебе сам знаешь как относимся, о недоверии к тебе и речи не может быть» deyə utana-utana nə isə demək istəyir, sözünün arxasını gətirmədən üzümə baxıb durur. “Ну продолжай, в чем дело, Володя, что случилось?» deyə soruşuram. Vladimir çəkinə-çəkinə bildirir ki, Doroxin özü ilə Moskvadan bir ərəbşünas da gətirib və həmin adam müqavilə imzalanmazdan əvvəl ərəbcə mətnin ruscaya uyğunluğunu təsdiq etməlidir. Bəla burasındadır ki, o, mətndə ərəbcə gedən bir neçə yanlışlıq ucbatından vacib məsələlərdə məsuliyyətin sovet tərəfinin üzərində qaldığını deyir. Vladimir məsləhət görür bu iradlara aydınlığı özüm gətirim.

Danışıqlar qrupu iştirakçılarının hüzurunda Moskvalı ərəbşünasa yanlışların nədən ibarət olduğunu mənə göstərməyini rica edirəm. Müqavilənin bir neçə maddəsində “lə yətəhammalu-t-taraful-l-li:biyyu-l-məsu:liyyə” (ifadə kontekstdən ayrı hərfən: “Liviya tərəfi məsuliyyət daşımır”) ifadəsini nişan verir. Müqavilənin mətnini az qala əzbərdən bilirəm. “Lə” inkarı ilə yanaşı cümlələrdə “illə” (başqa) də işlənirdi. Nəzərinə çatdıram ki, bu, adi qrammatik qaydadır, hər ikisi bir cümlədə işlənəndə inkar gücünü itirir və əsas məqam da bir şeyin vurğulanması üzərində köklənir. «Неужели вы не знаете такого правила арабской грамматики?» sözümdən Moskvalı mütərcim deyəsən bir az pərt olur, gülümsünür, mənə “извините, я проглядел просто» deyib üzünü otaqdakılara tutur: “у вас же такой профессионал, зачем же я понадобился Дорохину?». Onun bu komplimentindən məndən çox bir yerdə çalışdığımız kommersiya qrupunun əməkdaşları razı qalırlar. Yəni işləri hədər getməyib, həm də müqavilə artıq növbəti gün mütləq imzalanacaq. Özü də təntənəli şəkildə.

...Tərcüməçilərin yanlışları, əlbəttə, bəzən, həqiqətən, ciddi problemlər yarada bilir. Bir dəfə ərəb heyvandarları ilə çalışan bizim Azərbaycanlı tərcüməçilərdən biri işi korlamışdı. Sovet baytarı tərcüməçi vasitəsilə ərəblərə demək istəyibmış ki, inəyin quyruğunu çərtsinlər, qanı çıxsın. Tərcüməçi “çərtsinlər” əvəzinə, “kəssinlər” deyibmiş, avamlar da mütəxəssis sözünü doğru anlamadıqlarına görə inəyin quyruğunu kəsibmişlər, inək qalıbmış böyürə-böyürə.

Haqqında söz sadığım müqavilə imzalanandan sonra sovetlərin nəzərində “hörmətim” xeyli artır. Artıq Sovet-Liviya iqtisadi komissiyasının apardığı danışıqlara da tərcüməçi kimi cəlb edilmişəm. Belə yüksək səviyyəli danışıqların birində tərəflərin duymadığı, sonra Azərbaycanlı dostlarıma danışdığım, onların gülə-gülə xatırladığı bir tərcümə “yanlışına” bilərəkdən yol verirəm.

Deməli, Atomenerqoeksport-un indi adını unutduğum birinci şəxsi ilə Liviyanın atom energetika komitəsinin sədri İskənci arasında danışıqlarda tərcüməçiyəm. Liviya rəsmisi salamlaşandan sonra söhbətə Moskvada hava indi necədir qəbilindən sualla başlayır. Sovet rəsmisi quru bir cavabla “как всегда мороз не дает расслабляться» deyir. Mən də ərköyünləşmişəm, ifadəni dediyi kimi ərəbcəyə çevirib qarşı tərəfin sözünü gözləmək əvəzinə, iştirakçılıq damarım tutur. Tərcüməni edirəm, amma belə bir əlavəm də olur: “va ləkinnənə: ləsnə minə-lləzi:nə yə’təmiru:nə bi ‘əhva’i-t-taqs”. Yəni, “bununla belə, biz o şəxslərdən deyilik ki, havanın şıltaqlarına tabe olaq”. İfadə mərhum Ələsgər Məmmədovun müəllifi olduğu “Ərəb dili” dərsliyində mətnlərin birində işlənir.

Ərəb rəsmisi ağır-ağır gülümsünüb deyir onlarda da bürkülər üzücü olur, amma onlar da havanın şıltaqlarına tabe olanlardan deyillər. Onun dediyini isə mən tərcümədə belə çatdırıram: “вам мороз надоел, а мы страдаем от жары, но учтите, при этом мы не из тех, кто подчиняется капризам погоды”. Bu dəfə isə Ələsgər müəllimin ifadəsini daha əvvəl özünün “işlətdiyindən” xəbərsiz sovet rəsmisi ərəb həmkarına qaytarır, yəni ruslar da havanın şıltaqlarına tabe olanlardan deyillər. Beləliklə, tərəflərin hər biri öz aləmlərində milli kimliklərini mənalı-mənalı guya hava söhbətinə qataraq vurğulayır. Və ağıllarına da necə gəlsin axı, bu, qəsdən yanlış tərcümə ilə yaranan improvizədir.

Tərcümə improvizəsini Liviyadan qayıdandan sonra da bir dəfə, yanılmıramsa, sonuncu dəfə təkrarlayıram. Suriyada bir həftəlik ezamiyyətdəyəm. Rusiyanın İvanovo şəhərindən olan pionerləri, onların rəhbərlərini Dəməşqdə bir festivala dəvət ediblər, onları müşayiət edirəm.

Dəməşqdə uşaq və gənclərin mitinqi keçirilir. Çıxış edən sovet pioner dəstə rəhbəri deyəndə ki, «нам очень приятно побывать на дружественной сирийской земле», bunu belə tərcümə edirəm: “innənə: məsru:ru:nə: ciddən ‘ən nəzu:ra ‘arda su:riyə:, su:riyə-l’uru:bə, su:riyə-s-sumu:di va-t-tasaddi, su:riyə-l-əsəd”. Bu sonuncu “Əsəd” sözü mitinq iştirakçılarını necə coşdurursa, alqışlar səngimir. Sovet pioner dəstə rəhbəri mat-məəttəl üzümə baxır ki, axı o nə dedi, bunlar onu nədən belə ürəkdən alqışlayır. Onun “на дружественной сирийской земле” sözlərini “ərəblilik Suriyası”, “müqavimət-dirəniş Suriyası”, “Əsəd Suriyası” ifadələri ilə bəzəyib səsləndirmişəm...

Elə bilirəm, sonuncu ifadə indilikdə Suriyalıların özləri üçün heç də süslü səslənməz.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq tədbir keçirildi

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq tədbir keçirildi

John Doe 1 ay əvvəl

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

John Doe 1 ay əvvəl

Şabran rayon Uşaq Kitabxanasında kitab təqdimatı olub

Şabran rayon Uşaq Kitabxanasında kitab təqdimatı olub

John Doe 1 ay əvvəl

Ruslar IELTS İngilis dili imtahanından keçdikləri üçün həbs olunacaqlar

Ruslar IELTS İngilis dili imtahanından keçdikləri üçün həbs olunacaqlar

John Doe 2 ay əvvəl

Tanınmış yazıçının əl işlərinin sərgisi açıldı

Tanınmış yazıçının əl işlərinin sərgisi açıldı

John Doe 2 ay əvvəl

Gənc Tamaşaçılar Teatrında İncəsənət festivalı keçirildi

Gənc Tamaşaçılar Teatrında İncəsənət festivalı keçirildi

John Doe 2 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

Türkiyənin Kahramanmaraş şəhərində “Azər...

19 iyun 2025 21:37:14
• İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib}

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

19 iyun 2025 16:27:00
• İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib}

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com