Ağcabədidə şəhid Samir Məmmədovun anım günü qeyd olundu
Sentyabrın 26-da Ağcabədi Qəhrəmanlar Parkında ordumuzun Qarabağda keçirdiyi antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış, əslən Xocalıdan olan 2000-ci il təvəllüdlü Məmmədov Samir Aqil oğlunun anım günü keçirilib. Anım mərasimində Ağcabədi vəXocalı rayon rəsmiləri, Xocalının ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri,Ağcabədidən olan şəhid ailələri və media nümayəndələri iştirak ediblər. Anım iştirakçıları şəhid Samir Məmmədovun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüblər, ruhuna dualar oxuyublar.
Şəhidin məzarı üstə çıxış edən Ağcabədi və Xocalı Rayon İcra Hakimiyyəti başçılarının müavinləri, İctimai-siyasi və humanitar məsələlər şöbəsini müdiri Vüsalə Məmmədova və Lamiyə Qarayeva dədə-baba Qarabağ torpaqlarında Azərbaycan Ordusu tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatlarından və bu əməliyyatlar zamanı Azərbaycan əsgəri tərəfindən düşmənin torpaqlarımızdan tam təmizlənməsindən, eləcə də həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Samir Məmmədovun keçdiyi şərəfli döyüş yolundan söz açıblar, şəhidin ailə üzvlərinə başsağlı veriblər.
Qeyd edək ki, Samir Məmmədov 2023-cü ilin sentyabr ayının 29-da Ağcabədidə, Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Samir Məmmədov antiterror əməliyyatları zamanı göstərdiyi sücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. Samir Məmmədov həmçinin, Vətən müharibəsində fəal iştirakına görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə də təltif olunmuşdu.
Anım mərasimi iştirakçıları eyni zamanda 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş Xocalı sakini Miriyev Sənan Arif oğlunun da məzarını ziyarət ediblər, məzar üzərinə çiçəklər düzüblər, şəhidin ruhuna dular oxuyublar. Məzar üzərində öz ürək sözlərini bölüşənlər Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun cəmi 44 gün ərzində düşməni 30 il işğal altında qalan doğma Azərbaycan torpaqlarından qovub çıxarmasından, qalib Azərbaycan əsgərinin müharibə zamanı döyüş meydanında göstərdiyi misilsiz qəhrəmanlıqlardan danışıblar.Ziyarətçilər Sənanın simasında da torpaqlarımızın azadlığı uğrunda canınndan keçən, son anda ölümün gözlərinə dik baxan bütün Vətən şəhidlərinə Allahdan rəhmət diləyiblər.
Mais İbrahimov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.