İsveçrə parlamenti Qolodomoru soyqırım kimi tanıyıb
İsveçrə parlamenti 1932-1933-cü illərdəki Qolodomoru soyqırım aktı kimi tanıyıb.
Bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk məlumat verib.
Qəbul edilmiş bəyanatda parlamentin aşağı palatası, İsveçrə Milli Şurası milli, etnik, irqi və ya dini qrupu məhv etmək məqsədi ilə sistemli kütləvi və məqsədyönlü aclıq aksiyalarını soyqırım aktı kimi tanıyır.
“Bu, həqiqətən də tarixi qərardır. Və bu, tarixi ədalətin bərpası və milyonlarla günahsız qurbanın xatirəsinin qorunub saxlanılması istiqamətində son dərəcə mühüm addımdır”, - Stefançuk bildirib.
Bəyanat 123 səslə təsdiq edilib, 58 deputat əleyhinə, 7 deputat bitərəf qalıb.
Mətnə görə, 1932 və 1933-cü illərdə Ukrayna aclığı zamanı dörd milyon ukraynalı, iki milyona yaxın qazax və yüz minlərlə rus həlak olub.
Milli Şura kütləvi və məqsədyönlü aclıqla nəticələnən və milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək məqsədi ilə törədilmiş açıq-aydın sistematik hərəkətləri soyqırımı aktı kimi tanıyır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.