Ağcabədi: Antiterror əməliyyatında iştirak edən yeddi hərbiçimiz şəhidlik zirvəsinə ucaldı
Bir il öncə -19 sentyabr 2023- cü il tarixdə erməni təxribatı nəticəsində 9 hərbçimizin şəhid olması artıq Qarabağda o zaman mövcud olan qanunsuz erməni hərbi və siyasi qruplaşmalarına qarşı antiterror əməliyyatlarının keçirilməsini qaçılmaz etdi.
Vətən müharibəsi zamanı torpaqlarımızın böyük bir qismi işğaldan azad olunsa da, torpaqlarımızın tam azad edilməsi məhz antiterror tədbirləri ilə sona çatdı. 24 saatdan az davam edən bu əməliyyat ordumuzun Qələbəsi ilə sonlandı. Bütün silahlı mübarizələrdə olduğu kimi antiterror əməliyyatları da itkisiz ötüşmədi. Ağcabədi rayonundan da 7 nəfər şəhidlik zirvəsinə ucaldı.
"AZpress.AZ" İnformasiya Agentliyinin "AZpressTİMES.info" saytının bölgə müxbiri xəbər verir ki, bu günlərdə - Sentyabrın 20-si, 22-si və 23-də rayon rəhbərliyi, həmçinin hüquq-mühafizə orqanlarının və bir sıra idarə-müəssisələrin rəhbərləri antiterror tədbirləri zamanı şəhid olan Röyal Məmmədov, Nofəl Yusibli, İsgəndər Museyibli, Vilayət Əhmədov, Mahir Cəfərov, Tuncay Əlizadə və Əlimərdan Qəhrəmanovun ildönümü mərasimlərində iştirak ediblər.
Qeyd edək ki, həmin günlərdə həmçinin antiterror əməliyyatları şəhdlərinin məzarları ziyarət olunub. Ağcabədi şəhərində, eləcə də Hindarx qəsəbəsi, Kəbirli, Şənlik, Minaxorlu,Sarvanlar, Salmanbəyli kəndlərində uyuyan şəhidlərimizin məzarları üzərinə çiçəklər düzülüb, ruhlarına dualar oxunub, xatirələrinin hər zaman qəlblərdə yaşayacağı bildirilib.
Biz də Allahdan şəhidlərimizə rəhmət diləyir, ruhunuz şad olsun deyirik.
Mais İbrahimov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.