Nəhayət Şirinova:
Bu gün Arzularımın məni məndən aldığı gündür.
Məni tanıyan hər kəs bilir ki, ətrafımda və həyatımda baş verən, yaşanan olaylara məxsusi yanaşma tərzim və öz baxış prizmamda rəylərim olur.
Açıq etiraf edim ki, bu gün yazacağım statusum və fikirlərim çox nadir halda mənimlə olub və o, duyğularımı paylaşmışam. Bax bu gün də istisna deyil.
Bu gün Arzularımın məni məndən aldığı gündür.
Arzumun günü, özəl günü, gözəl günü, Dünya evinə girdiyi gündür.
Həyatıma gəlişi ilk olaraq işığlı dünyadan tez köç etməməyimə vəsilə oldu. Adını Arzu qoyduq, çünki o, qalan ömrümün arzulanan qonağı idi.
Ailəmizə gəlişi çox şeyi dəyişdi Arzumun.
Gözümüzdə elə hey rəqs edən balaca qız kimi qalan gözəl balamızın nə zaman böyüdüyünün heç fərqində olmamışıq.
Ağ gəlinliyin kimi üzün ağ olsun qızım, xasiyyətin kimi həyatın da gözəl olsun qızım, düşüncələrin kimi rifahın da zəngin olsun qızım, getdiyin ailəyə gəlin deyil, qız övladı olmağı bacarasan, dilin şirin, vicudun yüngül, ayağın sayalı olsun mələk üzlü balam.
Sən çoxxx xoşbəxt ol Arzum.
Bu gün Beynəlxalq gözəllik günüdür, və toyun da bu günə təsadüf edib.
Axı sən özün də gözəlsən mənim ürəyim, balaca qızım.
Darıxıram amma............
Xoşbəxt ol, çox xoşbəxt.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.