PARİS-2024
---------------
Azərbaycan Paralimpiya-2024-ü 11 medalla 30-cu yerdə başa vurub
Avqustun 29-da Fransanın paytaxtı Parisdə startı verilən və Azərbaycan təmsilçilərinin də mübarizə apardığı 17-ci Yay Paralimpiya Oyunlaına sentyabrın 8-də yekun vurulub. Oyunlara 7 idman növü üzrə 19 idmançı ilə qatılan Azərbaycan yığması yarışları 1 (4-2-5) medalla komanda hesabında 30-cu yerdə başa vurub.Paralimpiya-2024-ün qalibi adını 220 (94-76-50) medalla Çin komandası qazanıb. İkinci yeri 124 (49-44-31) medalla Böyükbritaniya tutub. İlk üçlüyü isə ABŞ (36-42-27) tamamlayıb. Qardaş Türkiyə Paris-2024-ü 28 (6-10-12) medalla 24-cü yerdə başa vurub. MDB ölkəri arasında ən yaxşı nəticəni 82 (22-28-32) medalla 7-ci olan Ukrayna göstərib. Sıralanmada 8-ci olan Rusiya 64 (20-21-23) medal qazanıb. Qonşu Gürcüstan 9 (1-4-4) medalla 53-cü pillədə yer alıb. Ümumiyyətlə Paralimpiya-2024-də 87 ölkə medal qazanıb. Bədnam ermənilər bu yarışda bir dənə də olsun medal qazana bilməyiblər.
Azərbaycan yığmasının heyətində qızıl medalları parataekvondoçu bayraqdarımnız İmaməddin Xəlilov (70 kq, K-44 kateqoriyası), paraatletlər - Səid Nəcəfzadə (T12, uzunluğa tullanma), i), Lamiyə Vəliyeva (T13, 100 metr qaçış) və Orxan Aslanov (T13, uzunluğa tullanma) qazanıb. Gümüşləri Raman Saley (S12, 100 metr arxası üstə) və Lamiyə Vəliyeva (T13, 400 metr qaçış) cütlüyü əldə edib. Bürünc medallara gəlincə, parataekvondoçu Sabir Zeynalov (K-44, 58 kq), paraüzgücü Vəli İsrafilov (SB13, 100 metr brass), paraüzgüçü Raman Saley (S12, 100 mer baterflyay) və paracüdoçu İlham Zəkiyev (J1, +90 kq) qazanıb.
Dünən axşam saat 22:30-da Paris-2024 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Mərasimdə Azərbaycan millisinin bayraqdarları Paralimpiya çempionlarımız – Səid Nəcəfzadə və Lamiyə Vəliyeva olub.
Qeyd: Paralimpiya yığmamız Tokio-2020-də 36 idmançı ilə iştirak edərək 19 (14-1-4) medal qazanmışdır. Yığmamız medal sıralanmasında 10-cu, medalların əyarına görə isə 20-ci yeri tutmuşdu.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.