Vüsal Qələndərzadə Avropa çempionu olub
Dünən Tallində (Estoniya) gənc cüdoçular arasında startı verilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatı davam edir. İlk günü Azərbaycan yığması üçün uğurlu olan çempionatın ikinci günü də cüdoçularımız üçün yaxşı başlayıb. Belə ki, bu gün tatamiyə çıxan dörd cudocumuzdan ikisi - Vüsal Qələndərzadə (73 kq) və Süleyman Şükürov (81 kq) inamla güləşərək finala yüksəlib. Daha sonra isə Qələndərzadə final görüşünü də qələbə ilə başa vuraraq Avropa çempionu olub. Şükürovu isə qarşıda final gözləyir.
Xatırladaq ki, çempionatın ilk günü cüdoçularımızdan Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranovsa (60 kq) gümüş medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.