Cavadxan Qasımov:
NDU ilə Macarıstanın Con Fon Neyman Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur
Naxçıvan Dövlət Universitetinin ali təhsilin etibarlı dayaqlarının yaradılması sahəsindəki tədbirləri günbəgün əhatəsini genişləndirməkdədir. Mövcud potensialın qorunması və daha da gücləndirilməsi, elmlə təhsilin düzgün vəhdətinin və sintezinin təmin olunması, dünya elminə və dünya tədris proseslərinə dolğun inteqrasiya olunma, ali məktəbimizin yeni inkişaf mərhələsi üzrə prioritetlərinə aid olunmaqdadır. Universitetimizdə son 4 ilə yaxın müddət ərzində yaradılmış olan ixtisaslaşma mühiti, malik olduğu etibarlılıqla hər bir tələbənin bir mütəxəssis olaraq formalaşmasına və gələcəyə ünvanlanan səsinin eşidilməsinə hesablanmışdır. Burada, sosial sferalarla yanaşı, eyni zamanda, beynəlxalq əməkdaşlıqların daha da geniş əhatədə təşkilatlanmasına aid olan proseslər də aktuallığı ilə seçilməkdədir.
Artıq keçən müddət ərzində, Naxçıvan Dövlət Universiteti, ölkəmizin ali təhsil şəbəkəsinin əhatə dairəsinin şaxələnməsində, daha modern tədris vasitələrindən yararlanma sahəsində və yeni layihələrin həyata keçirilməsi proseslərində dövlət tənzimlənməsinin olduqca çevik və səmərəli daşıyıcısı olmuşdur və hazırda da, həmin proseslər uğurla davam etməkdədir.
Bu sahədəki tənzimləmə vasitələrindən biri olan, 5 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması haqqında imzalanan Sərəncamın mühüm və zəruri əhəmiyyətini qeyd etmək olar. Həmin Sərəncama əsasən Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkil olunması məsələləri nəzərdə tutulmuşdur. Bu məqsədlə, Naxçıvan Dövlət Universitetinin rektoru, dəyərlimiz Elbrus İsayevin başçılığı ilə nümayəndə heyəti, Polşa və Macarıstan dövlətlərində səfərdə olmaqla, həmin ölkələrin ali təhsil müəssisələrində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Polşa Respublikasının Jeşuv Universitetinin təcrübəsi ilə yanaşı, artıq, Macarıstan dövlətinin Con Fon Neyman Universiteti ilə də əməkdaşlıq əlaqələrinin qurulması qarşıdakı mərhələlərdə Naxçıvan Dövlət Universitetinin hədəflərini daha da əlçatan etmiş olacaq. Yeni inkişaf mərhələsində bu ali məktəblərin təcrübələrindən, mübadilə layihələrindən və çoxistiqamətli əməkdaşlıq münasibətlərindən yararlanmaq Naxçıvan Dövlət Universitetinin dövlət tənzimləməsi ilə müəyyən olunan tədbirlərin icrası sahəsində olduqca mühüm nailiyyətlərini təşkil etməkdədir. Bundan sonrakı mərhələlərdə Naxçıvan Dövlət Universiteti ilə Con Fon Neyman Universiteti arasında əldə olunan anlaşmalara əsasən bir çox sahələr üzrə qarşılıqlı işbirlikləri mümkün olacaq. Bunlardan:
- Kompüter mühəndisliyi, tədrisi ingilis dilində olan ixtisaslar üzrə ikili diplom layihələri;
- İqtisadiyyat və biznesin təşkili sahəsində tələbə-müəllim mübadiləsi;
- Avrasiya Bilik Mərkəzi ilə birlikdə ortaq tədqiqatlar apararaq məqalə və elmi əsərlər çap edilməsi;
- Elm və innovasiyalar sahəsində universitetin təcrübəsinin öyrənilməsi və Erasmus+ proqramı çərçivəsində ortaq layihələrin hazırlanması;
- İki universitet arasında Süni intellektlə bağlı olan əməkdaşlıq və.s sahələrdə razılığa gəlinməsi səfərin olduqca mühüm əhəmiyyətini ifadə etməkdədir.
Con Fon Neyman Universitetinin potensialı, elmi və təcrübi proseslərinin vəhdəti sahəsindəki nailiyyətlərinə diqqət etdikdə, aydın olur ki, ali məktəbdə, eyni zamanda, Bilik mərkəzləri fəaliyyət göstərir ki, bunlardan ən nüfuzlu olanları Avrasiya Mərkəzi, Müdafiə Sənayesi Mərkəzi, Animasiya Mərkəzi və Hidrogen Texnologiyaları Mərkəzidir.
Ali məktəbimizin rektorunun səfər çərçivəsində Macarıstanın Metropolitan Universiteti ilə Media, Dizayn və Marketinq sahəsində əməkdaşlıq haqqında razılığa gəlinmişdir ki, qarşıdakı mərhələlərdə bu sahə üzrə də mütəxəssislərimizin əlaqəli layihələrinin səmərəli olacağını qeyd etmək olar.
Müvafiq Dövlət proqramının Naxçıvan Dövlət Universitetinin davamlı inkişafı sahəsindəki yaratmış olduğu imkan və zəminlər olduqca genişdir, böyükdür və perspektivlidir. Həmin Dövlət proqramında müəyyən olunan tədbirlərin icra olunması məqsədilə, Macarıstan dövlətinin Metropolitan Universitetində olan nümayəndə heyətimiz, burada da, çağdaş Azərbaycan elminin yeni keyfiyyət mərhələsində əhəmiyyətli nəticələri olacaq razılaşmalar əldə etmişlər. Həmin anlaşmalara diqqət etdikdə, aydın olur ki, qarşıdakı mərhələlərdə, həm də sosial sferaların, xüsusilə də, iqtisadi proseslərin və incəsənətin bu və ya digər istiqamətlərin aparıcı sahələrinin inkişafı və bunun elmi dövriyyəyə düzgün cəlb olunması sahəsindəki nailiyyətləri də böyük olacaq. Burada, eyni zamanda, bazar münasibətlərinin, qanunlarının və tənzimləmələrinin mühüm sahələrinin də perspektivlərini görmək olur. Belə ki, ikitərəfli görüşdə, Naxçıvan Dövlət Universiteti ilə Metropolitan Universiteti arasında:
- Media;
- Marketinq;
- İncəsənət fakültəsinin Dizayn ixtisası üzrə əməkdaşlıq barəsində olan anlaşmalar, hər iki universitetin etibarlı tədris və elm proseslərini daha da uğurlu etmiş olacaq.
Bu, bir həqiqətdir ki, Macarıstan dövləti, Azərbaycan Respublikasının beynəlxalq iqtisadi münasibətlərinin etibarlı tərəfdaşı olan dost ölkələrimizdən biridir. Ölkəmizin dünya enerji layihələrinə vermiş olduğu töhvələrin daha uğurlu nəticələrinin əldə olunmasında Macarıstan dövlətinin yaxından dəstəyinin və işbirliyinin dəfələrlə şahidləri olmuşuq. Dövlət başçımızın müxtəlif illərdə Macarıstana etmiş olduğu tarixi səfərləri zamanı ölkələrimiz arasındakı münasibətlər, tarixi dostluq və qardaşlıq əlaqələri daha mütərəqqi inkişaf mərhələsinə qədəm qoymuşdur. Xüsusilə də, ölkəmizin dünya əhəmiyyətli layihələri olan TANAP və TAP layihələrinin uğurla icra olunmasında Macarıstan dövlətinin etibarlı tərəfdaşlığı özünü hər addımda göstərmişdir. Məhz bu mənada da, universitet rektorumuzun Macarıstan dövlətinin ali məktəblərinin ali təhsil sahəsindəki təcrübələrinin bölüşməsi dövlətimizin bu sahədəki tədbirlərinə də töhvəsi olaraq böyük əhəmiyyətə malik olduğunu qeyd etmək olar.
Macarıstana səfəri çərçivəsində bu ölkənin İkinci ən nüfuzlu Universiteti olan Korvinius Universitetində əməkdaşlıq sahəsində müzakirələrdə olmaq, daha mühüm nəticələr verəcəkdir. Bu ali məktəblə, qarşıdakı tədris illərində əldə olunacaq nailiyyətlər, aşağıdakı sahələrdə özünü ifadə etmiş olacaq:
- Naxçıvan Dövlət Universiteti ilə Korvinus Universiteti elmi kitabxanaları arasında ikili münasibətlərin qurulması;
- Universitetlərin tədqiqat mərkəzləri arasında əlaqələrin yaradılması;
- Magistratura və doktorantura ixtisasları istiqamətində birgə tədqiqatların aparılması, elmi əsərlərin hazırlanması və yayımlanması;
- Tələbə və akademik mübadilə proqramlarında iştirak.
Beləliklə, Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikasının uzunmüddətli elm və təhsil proseslərinin məhsuldar nəticələrinin əldə olunması sahəsində fəaliyyətini daha böyük uğurlarla davam etdirməkdədir. Bu sahədə, maddi-texniki təsisatların gücləndirilməsi, modern təhsil imkanlarının yaradılması və beynəlxalq əməkdaşlıqların daha da şaxələnməsi məsələləri əhəmiyyətli nəticələrinə görə seçilməkdədir. Qarşıdakı tədris illərində bu tədbirlərin uğurlu nəticələrini görməkdən çox məmnun olacağıq.
Xeyirli olsun!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.