Məşhur Məmmədov gənclər və idmançılarla görüşüb – MASALLIDA
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun rayonun gənc və idmançı seçicilərlə görüşü olub.
Masallı şəhər Mədəniyyət Evində keçirilən görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın güclü iqtisadiyyata, dinamik inkişafa və regionda böyük nüfuza malik olduğunu, ölkə rəhbərinin yüksək idarəçilik bacarığı, qətiyyəti və milli maraqlara əsaslanan uğurlu siyasəti nəticəsində əldə olunan nailiyyətlərin kökündə eyni zamanda xalq-iqtidar birliyinin dayandığını diqqətə çatdırıb.
Deputatlığa namizəd Məşhur Məmmədov Azərbaycanda gənclərə və idmançılara göstərilən dövlət qayğısından bəhs edib: “Həm gənclərin, həm də idmançıların inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Gənclərin idmanla məşğul olması üçün geniş imkanlar yaradılıb, Azərbaycanda gənclərə və idmançılara göstərilən dövlət qayğısı bundan sonra da davamlı xarakter daşıyacaq...”
Masallı gəncləri və idmançıları onlar üçün yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıq edib, Azərbaycanın daha güclü, sağlam və perspektivli gələcəyini təmin edən YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.